Sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun Bakıda "obkyekt"-i tapıldı- FOTO/SƏNƏD

13-08-2019, 08:32           
Sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun Bakıda "obkyekt"-i tapıldı- FOTO/SƏNƏD
Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist növbəti araşdırmasını Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədova həsr edib. Cavanşir bəy yazır:
Bakının Babək prospekti 32K ünvanında Kerba Avto avtomobil ehtiyat hissələrinin satışı və təmir mərkəzi kimi fəaliyyət göstərən bu obyekt Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədova məxsusdur. Obyekt keçmiş nazirin qardaşı oğlu Fuad Əhmədov Əvəz oğlunun adlna rəsmiləşdirilib.

Ötən ilin aprelində sahəsi 1093,9 kv metr olan

obyektin tikintisinə ikimərtəbəli olmaqla icazə verilib, lakin sabiq nazir onun bir qismini qeyri-qanuni daha bir mərtəbə artırıb.
Ümümiyyətlə, Əhməd Əhmədovun Bakıdakı biznesini əsasən onun qardaşı Əvəz Əhmədov və qardaşı oğlu Fuad Əhmədov idarə edir.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az

шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.