Azərbaycan ziyalıları ilə Suryalı qaçqınların dəyər fərqi və ya..........

6-12-2019, 09:27           
Azərbaycan ziyalıları ilə Suryalı qaçqınların dəyər fərqi və ya..........
İyul ayının 14-də Şəki Xan Sarayının önündə qədim çinar ağacının budağının qırılıb düşməsi nəticəsində yerli və xarici turistlər də daxil olmaqla 19 nəfər müxtəlif dərəcəli xəsarətlər almışdı. Əvvəlcə baş vermiş hadisənin qısa xronologiyasına nəzərə salaq:

Baş vermiş hadisə nəticəsində ağır xəsarət alanlardan biri – Xatirə Ağamalıyeva hadisədən 1 gün sonra, bazar ertəsi vəfat edib, bunu Səhiyyə Nazirliyi bildirib.

Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicə alan xəstənin vəziyyətini ağır qiymətləndirmişdi. Ona “sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok” diaqnozu qoyulmuşdu.

Şəki Xan Sarayının qarşısında qədim çinar ağacının budağının aşması nəticəsində yaralanmış digər şəxslərdən bəzilərinin də vəziyyəti ağır idi.

Səhiyyə Nazirliyinin məlumatına görə, onurğanın qapalı travması diaqnozu ilə müalicə alan digər yaralı Elxan Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilmişdi.

Nazirlik bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə olan İlkin Məmmədovun (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasanın (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasanın (sol incik sümüyünün sınığı), Al Hasan Samirənin (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil olaraq qalır, həyati təhlükələri yoxdur.

Azərbaycan Baş Prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə məlumatında deyilib ki, “1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşdüb”.

Qurumdan bildirilib ki, hadisə nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb və onlar Şəki mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

“Onlara ilkin təcili-tibbi yardım göstərilib. Dörd nəfərin səhhəti ağır olduğundan onlar reanimasiya şöbəsinə yerləşdiriliblər”, – məlumatda deyilib.

Şəkidə baş verən hadisə nəticəsində xəsarət alanlar:

*İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq)

*Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda),

*Farik Həsən (sol incik sümüyünün sınığı),

*Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) – helikopterlə klinik tibbi mərkəzə (KTM) göndəriliblər.

*Xatirə Ağamalıyevanın isə (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok) – xəstəxanada vəfat edib.

Digər xəsarət alan Elxan Məmmədovun (onurğanın qapalı travması) Şəki MRX-da müalicəsi davam edir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Siyahıda olan digər şəxslərə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

Mənbə: Səhiyyə Nazirliyi

“FHN-in helikopterləri vasitəsilə Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq və digər həkimləri Şəki rayonuna göndərilib. Eyni zamanda, baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət nazirliklərinin və Baş Prokurorluğun məsul şəxsləri Şəki şəhərinə ezam olunublar”, – məlumatda qeyd olunub.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun, FHN-in və Səhiyyə Nazirliyinin qaynar xətt telefon əlaqə mərkəzləri yaradılıb.

Sənəddə qeyd olunduğuna görə, baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicəsi Azərbaycan prezidentinin nəzarətindədir.

“Hadisənin başvermə səbəbləri ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, – Baş Prokurorluq və FHN-in məlumatında belə deyilib.

Səhiyə Nazirliyinə istinadən yayılmış bəzi məlumatlara görə, xəsarət almış 19 nəfərdən 5 nəfəri Suriya vətəndaşı, 2 nəfər Rusiya vətəndaşı, qalanları isə Azərbaycan vətəndaşlarıdır.

Hadisə ilə bağlı apardığımız araşdırmalar bizibir neçə məntiqi suala cavab verməyə məcbur edir:

– niyə FHN-in helikopterləri vasitəsilə Şəkiyə ezam olunan Səhiyyə Nazirliyinin təcrübəli reanimatoloq, neyrocərrah, travmatoloq həkimləri 19 nəfər yaralıdan yalnız Suriyadan olan orta və yüngül dərəcəli xəsarət alanları helikopterlərlə Bakıya gətirdilər? Doğrudanmı ən ağır xəsarət almış Xatirə Ağamalıyevanı həmin təcrübəli həkimlər Bakıya gətirib onun həyatını xilas edə bilməzdilər? Niyə, Xatirə Ağamalıyevanı “Prezidentin nəzarətində” olan bu hadisədə xəsarət almış ağır xəstəni elə bir xüsusi şəraiti olmayan, dərmanları xəstə sahiblərinə pulla aldıran Şəki Rayon Mərkəzi Xəstəxanasında saxlamalı idilər?

FHN-in Şəkiyə gəlmiş helikopterlərində ağır xəsarət almış azərbaycanlı xəstələrə yer olmadımı?

Məlumatlı mənbə bildirir ki, xəstələrin Şəki RMX-nın reanimasiya şöbəsindən təcili yardım avtomobilləri vasitəsilə FHN-nin helikopterlərinə daşınması zamanı Xatirə Ağamalıyeva xərəyə mindirilərkən Bakıdan gəlmiş həkimlər “bu xarici vətəndaşdırmı?”deyə soruşublar. “Yox” cavabı alınan kimi Xatirənin xərəkdən düşürərək yenidən çarpayıya qoyulmasına göstəriş verilmişdir. Ağır xəstəyə nəzarət edən rayon həkimləri və rəhbərlik isə ağızlarına su alıb baş verməkdə olan faciəni passiv tamaşaçı kimi seyr ediblər. Və təbii ki, heç bir təcili tibbi ləvazimatla, dava-dərmanla təchiz edilməyən reanimasiya şöbəsində Xatirə Ağamalıyevanın yaşama şansı 0-a bərabər idi. Çox təəssüflər olsun ki, Azərbaycanlı ziyalı Xatirə Ağamalıyeva- baş vermiş hadisə zamanı sümük sınığı xəsarəti almış bir insan Səhiyyə Nazirliyinin səriştəsizliyi, məsuliyyətsizliyi ucbatından həyatını itirdi. Belə nəticəyə gəlirik ki, digər xəsarət alan azərbaycanlılar da Xatirə kimi ağır sınıq xəsarətləri alsaydılar, hadisənin “prezidentin nəzarətində” olmasına baxmayaraq hamısı göz görə- görə həlak olmalı idilər. Qısası, bu hadisə bir daha onu sübutladı ki, regionlarda avtoqəzalarda, bədbəxt hadisələr zamanı insanlar travmatik xəsarətlər alarsa, onların rayon xəstəxanlarında müalicə üçün yerləşdirilməsi bəri başdan mənasız və faydasız sayılmalıdır.

Bu arada məlumat üçün bildirək ki, dövlət büdcəsindən Şəki Rayon Mərkəzi Xəstəxanasına hər il

1.3 milyon manatlıq dərman və başqa tibbi preparatlar alınır. Hər il keçirilən tenderlərdə isə Şəki RMX-na 7.3 milyon manat pul ayrılır ki, bu vəsaitin əsas hissəsi, 6.3 milyon manatı “Şəki Səyyar Tikinti-F” MMC-yə həvalə olunur. Qalanı isə spiker Oktay Əsədovun qardaşı oğluna məxsus olan “Arash Medical Clinik” MMC-yə verilir. Yəni, mədəni şəkildədesək, Şəki RMX-da tender oyunbazlığı keçirilir. İndi kimsə deyə bilərmi ki, 2019-cu il üçün Şəki RMX-nın strukturlarının təmir-tikintisi adı altında ayrılan 6.3 milyon manatınhara və necə xərcləndiyini görüb? Kimgörübsə məlumat versin.

Əsas “təmir-tikinti əməliyyatı” isə prezidentin4 il 7 ay əvvəl verdiyi göstərişə əsasən M.Hacıyev

adına Şəki RMX-nın köhnə korpusuna çəkilmiş tezalışan maddədən olan üzlüklərin sökülməsi olmalı idi. Çox təəssüflər olsun ki, prezidentin bu tapşırığı da qulaqardına vuruldu. Yalnız ictimai təpkilərdən sonra cəmi bir neçə həftə bundan əvvəl hansısa kommersiya qurumlarının hesabına bu söküntü işlərinə başlanılmışdır.

Şəkidə dövlət tenderlərini kimlər udur? – ADLAR, SİYAHI

13:118 Fev 2019

Şəkidə dövlət təşkilatları tərəfindən ötən il keçirilən tenderlərin nəticələri açıqlanıb.

FED.az TENDER xəbər verir ki, raonda ötən il 63 tender keçirilib. Keçirilən 63 tenderin ümumi məbləği 6 mln 621 min 183 manat təşkil edib.
Rayonun dövlət təşkilatları tərəfindən ən yüksək məbləğdə müqavilə “Səyyar Tikinti F” MMC ilə olub. Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən bu şirkətlə bağlanan 3 müqavilənin ümumi məbləği 3 mln 126 min 894 manat olub.

Maraqlısı ondan ibarətdir ki, “Tender Çempionu” olan “İnpeks.N” MMC ilə 1 mln 257 min 571 manat dəyərində 20 müqavilə imzalanıb. Bu müqavilələrdən 8-i Şəki Rayon Mərkəzi Xəstəxanası, 2-i Şəki Pedoqoji Kolleci, 8-i Şəki Şəhər İcra Hakimiyyəti və qalan 2-i Şəki Regional Mədəniyyət İdarəsi ilə imzalanıb.

Ümumən “Səyyar Tikinti F” MMC və “İnpeks.N” MMC şirkətləri tərəfindən bağlanılan müqavilələrin məbləğinin ümumi məbləğdə payı 66,22%-dir.
Ən az məbləğdə müqavilə “İnvest-Plus” MMC və Şəki Rayon Mərkəzi Xəstəxanası arasında imzalan 1,8 min manatlıq müqavilə olub.

Şəkidə baş verən və davam edən tender oyunbazlığına isə Azərbaycan Respublikasının Hesablama Palatası nədənsə hələlik heç bir reaksiya vermir. Amma istəsə bir dəstə inşaatçı ekspert qrupunu göndərməklə dövlət vəsaitinin nə qədər hissəsinin talan olunduğunu aşkarlaya bilər. Əgər istəsə.

Rəhmətlik Xatirə Ağamalıyevanın isə illərlə ödədiyi vergilərə görə alınmış FHN-nin helikopterləri onun həyatını xilas etmək istəmədi. Görünən isə bu oldu ki, Suriyalı qaçqın turistlərin həyati təhlükəli xəsarətləri olmasa belə- daha qiymətli imiş, onlara Səhiyyə nazirliyi yüksək tibb xidməti göstərdi. Yerdə qalan azərbaycanlılar ölsə də olar, qalsa da.

Məmməd ƏHMƏDĞLU

azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.