“Hər evdən ayda müftə 1 AZN...” - "Azərişıq"dan ŞİKAYƏT

12-12-2019, 00:00           
“Hər evdən ayda müftə 1 AZN...” - "Azərişıq"dan ŞİKAYƏT
"Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayət var.



Pravda.az-ın xəbərinə görə, şikayət "Azərişıq" ASC-nin tətbiq etdiyi aylıq limitlə bağlıdır.


Şikayətçi iddia edir ki, "Azərişıq" ASC çox xırda və ağla gələ bilməyən bir fəndlə insanlardan "müftə" pullar qazanır: "İşıq enerjisi üçün aylıq (30 gün) qoyulmuş limit 300 Kvt-dır (yəni 7 qəpikdən cəmi 21 AZN) və bu limit hər dəfə "Azərişıq"dan sayğacı oxumağa gələrkən sıfırlanır. Lakin onlar 30 gün ərzində gəlmədikləri təqdirdə nəticə sizin ziyanınıza hesablanmış olur. Məsələn, bizə gəlmiş qəbzdən göründüyü kimi, əvvəlki gəliş 7 noyabr və son gəliş 9 dekabr tarixləri arasında 32 gün edir. Bu da o deməkdir ki, gec gəldikləri 2 gün üçün bizim üçün tarif 7 qəpik əvəzinə 11 qəpikdən hesablanıb, yəni 4 qəpik artıq. Bu isə özlüyündə, təxminən 1.32 AZN (528/32) *2* 0.04 = 1.32 AZN) dəyərində ziyan gördüyümüz anlamına gəlir. Əgər daimi olaraq limiti keçirsinizsə, o zaman bu cür 1-2 gün gec oxunma demək olar ki, problem olmayacaq. Amma qəbzdən də göründüyü kimi, əvvəlki ödəniş cəmi 20 AZN tutub. Yəni növbəti dəfə də limiti keçib-keçməmə ehtimalı sual altındadır. Bu dəfə 32 gün sonra gəlib və 528 Kvt oxuyub. 1 günə orta hesabla 528/32=16.5 Kvt edir. Yəni 2 günə 33 Kvt. Əgər növbəti dəfə gəldiyi zaman (30 gün sonra, 8 yanvar) oxunma cəmi 250 Kvt olarsa onda haqqımız yeyilir. Necə? Əgər zamanında (7 dekabr) gəlib yazsa idi, onda o 2 gün üçün hesabladığımız 33 Kvt növbəti aya aid olacaqdı və nəticədə növbəti ayda 300 Kvt keçmədiyi üçün tarif 7 qəpik olacaqdı, 11 qəpik deyil. Odur ki, sırf həmin 2 gün üçün dəyər 33*0.07=2.31 AZN tutacaqdı. İndiki halda isə dəyər 33*0.11=3.63 AZN tutur. Yəni əlavə 1.32 AZN".


Şikayətçinin sözlərinə görə, o rayonun Enerji Təchizatı və Satışı İdarəsinə zəng edib və ona deyilib ki, araşdırıb böyük ehtimalla məbləği azaldarıq: "İndi baxın görün, hər evdən ayda orta hesabla bu cür müftə 1 AZN görün hara vurub çıxır. "Azərişıq" ASC-nin saytı vasitəsilə onlayn şikayət ərizəsi də göndərdim. Müraciətin qəbul olunması barədə içində izləmə kodu olan təsdiq mesajı ekrana çıxdı və 3 saniyə sonra yox oldu. Çatdırıb izləmə kodunu götürə bilmədim. Sistemi quranlara yağlı bir "2" qiyməti”.


İstehlakçı hesab edir ki, müştəriyə ziyanı olsa da, olmasa da əgər Tarif Şurası belə bir differensial qərar veribsə, o zaman icra edən orqan da bu qərara uyğun işləməlidir: "Əgər bacarmırsa, onda differensial deyil, sabit bir qiymət qoyulsun, nə şiş yansın, nə də kabab".шаблоны для dle 11.2














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.