Ege Hospitalın həkimi 10 min manat alıb, xəstənin ölümünə bais oldu - İddia

7-07-2020, 00:12           
Ege Hospitalın həkimi 10 min manat alıb, xəstənin ölümünə bais oldu - İddia
Koronovirus pandemiyası zamanı ölüm hallarının çox olması insanları zaman-zaman təəcübləndirmir lakin bu dəfə ki ölüm halının səbəbkarı koronovirus pandemiyasına yoluxmaq deyil, həkim səhlənkarlığı olduğunu düşünən şikayətçi Səbinə Nəzərovanın müariciətini Hokm.az olduğu kimi təqdim edir: Şikayətim Ege Hospitaldaki Dr Kardiolog Ülvi Mirzoyevdəndir (əgər ona həkim demək olarsa) ayin 24ü atamı müayinə edib diaqnoz qoydu ki, stend qoymag lazimdir, təklif elədiki anju eləmişəm əgər yanınızda pul varsa indi qoyaq, 98% damarları tutulub. Əlavə etdi ki, 6 ədəd stend qoymag lazımdır, soruşduq ki bu qədər stend qoymaq olar mi? Dedi ki, bəli məni 8 ədəd belə qoyuram. 10.000 AZN ödəyib razılaşdıq, 2 gün sonra buraxdılar, ayın 4-ü gecə atam özünü bir az pis hiss edirdi, təcili tibbi yardim yoxlayıb dediki, bu qədər stend qoymag olmaz. Səhər öz maşını ilə durub atam və anam həkimə gedib (Ülvi Mirzoyev), həkim deyib ki, 1500 AZN odəyin gəlin müayinəyə, yarım saat sonra gətirib sənədləri ki, imzalayın acıq əməliyyat edek, anam həkimə dediki, göstərin xəstəni sonra, demək xəstə artıq dünyasını dəyişib və bu özünə həkim adı qoyan məxluq ölmüş insana əməliyyat etmək istəyirmiş! Biz ondan səbəbini soruşmaq istəyərkən gördük ki həkim artıq yoxdur ortalıqda və üstəlikdə 200 AZN ödəyib ki, atamı məscidə göndərib yumağa, sən kimsən kiminsə meyidini icazəsiz mescide aparırsan? Bütün Azerbaycan bu qatili tanisin!

Məsələ ilə bağlı Hokm.az-a açıqlama verən Ülvi Mirzoyev bildirib ki, Səbinə xanımın acısını anlayıram, atasını itirib, amma yalan məlumat yaymaq heç bir ruh halında doğru deyil. Atasının ölümündə mənim nəinki gunayım yoxdur, onun son nəfəsinə qədər mən və digər həmkarlarım sonuna qədər savaşmışıq. Təəssüf ki, biz həmişə 100 faizlik nəticə ala bilmirik, bütün xəstələrimizi də xilas edə bilmirik. Xəstəmiz ağıt vəziyyətdə xəstəxanamıza daxil olmuşdu və vəziyyətinə uyqun olaraq (müasir beynəlxalq peşəkar kardioloji cəmiyyətlərin tövsüyyələri əsasında) koronar arteriyalarına angioplastika və stent tətbiq edilməsi əməliyyatı aparıldı, və xəstə 2 gün sonra tam sağalma ilə evə yazıldı. Bu arada, pulu, əlbəttə ki mənə deyil, çalışdığım özəl xəstəxananın kassasına ödəyiblər. Daha sonra xəstədə yenidən şikayətlər yarandığı üçün biz bir neçə müayinədən sonra damarlarını yoxladıq və gördük ki, bütün damarlarında tromboz (laxtalanma) baş verib. Bu cür hallar iki səbəbdən olur, ya xəstə yazdığımız dərmanları qəbul etmədiyində, ya da qan duruldan dərmanlara qarşı anadangəlmə inadkarlıq rezistentlik olduğu zaman. Xəstənin dediyinə görə, dərmanlarını qəbul etmişdi, bu səbəblə, biz bu total laxtalanmaları genetik defektlə əlaqələndirdik, bunun üçün əlavə testlər də planladıq. Amma xəstənin vəziyyəti gedərək pisləşdiyi üçün konsiliumla təcili cərrahiyyə əməliyyatının icrasına qərar verdik. Və xəstə yaxınlarına bu barədə məlumat verdik. Onlardan bu prosedurlar üçün heç kim pul tələb etməmişdi. Ümümumiyyətlə, pul məsələsini çox qabardırlar, amma bizim xəstəxananın birinci məqsədi pasientlərin yaxşı olmasıdır. Daha sonra, xəstə yaxınları qərar verənə qədər, xəstənin vəziyyəti pisləşdi, və ürək dayanması baş verdi. Bütün personalımız 1 saatdan çox reanimasion tədbirləri aparmasına baxmayaraq, xəstəmizi itirdik. Burada bir həkim səhvi və səhlənkarlığı qətiyyən yoxdur. Bütün dünyada yüz minlərcə xəstənin yaşadığı hadisədir, lakin biz bunu xəstə yaxınlarına izah edə bilmirik, bizi dinləmirlər, əvəzində həm özümə, həm ailə üzvlərimə müxtəlif təhqirlər edib ölümlə hədələyirlər. Bizim gördüyümüz hər işin tibbi və video qeydiyyatı var, istənilən ekspert tərəfindən incələnə bilər. Hər itirdiyimiz xəstə şəxsən mənim üçün və bütün kolleqalarım üçün də ağıt itkidir, biz elə bil öz yaxınımızı itiririk. Amma, təəssüf ki, bu belədir. Hamıya kömək edə bilmirik. İndi heç kim ölüm nisbəti 3% olan COVID-19 dan kimsə vəfat edən olanda təəccüblənmir, amma ölüm nisbəti 30 % lərə qədər olan ürək damar xəstliklərindən insan rəhmətə gedəndə, həkimləri hədəf halına gətirməyə çalışırlar nədənsə. Yenə deyirəm, hər xəstə bizim üçün əzizdir, amma hərkəsi xilas etmək bəzən mümükün olmur, bununda günahkarı həkim deyil. Mərhumun Yaxınlarını da yalan məlumat yazıb, birdə təhqir və böhtan əvəzinə, bu məsələnin həllini hüquqi müstəvidə tapmaları daha yaxşı olardı. Allah mərhumu rəhmət eləsin. Mənim isə alnım açıq, vicdanım sa təmizdi. Öz yaxınıma nə edərdim sə, xəstəyə də onu etmişəm. Stent sayının bir məhdudiyyəti yoxdur. Xəstənin ehtiyacı nədirsə, o qədər qoyulur. Yarımçıq iş görülməməlidir heç vaxt. Çox damar xəstəliyində stent vəya əməliyyat arasında ki qərar, Beynəlxalq tibb ictimaiyyəti tərəfindən qəbul edilmiş SYNTAX score 1 və SYNTAX score 2 əsasında ürək komandasının konsiliumu əsasımda verilir. Bu xəstəmizdə bütün göstəricilər stent prosedurunun lazımlı olduğuna işarət edirdi. Hər gördüyümüz işin elmi əsası var. Xəstə vəfat edəndən sonra təşkili işlərlə həkim məşqul olmur. Xəstə yaxınları hara istəyiblərsə, özləri də oraya aparıblar.
Teref.azшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.