Azərcell-dən daha bir şikayət: "Dünyanın 5G-ə keçdiyi,..."

5-08-2020, 23:56           
Azərcell-dən daha bir şikayət: "Dünyanın 5G-ə keçdiyi,..."
Teref.az yazır ki, Emin Tiaro adlı sosial şəbəkə istifadəçisi Azərcell-dən şikayətçidir. Emin Tiaro yazır:
Salam, şikayətim Azercell -dəndir. Dünyanın 5G-ə keçdiyi, marsa helikopter göndərdiyi bir dövrdə Bakıda, Xətai rayonu, Gəncə pr., Ev.95, 97, 103, 111 və s. yerləşdiyi ərazidə Azecell-in seti tutmur.
Bu yaxınlarda bu problemlə bağlı aidiyyatı quruma müraciət etdim. 5 iş günündən sonra mənə cavab verdilər ki; "yaxın zamanlarda ərazidə 3G quraşdırmaları aparılacaq" . Daha sonra qonşu binalardan öyrəndim ki, 1-2 il bundan əvvəl eyni problemlə Azecell-ə müraciət edən sakinlərə də eyni bəhanə gətirilib və problem aradan qalxmadığı üçün nömrələrini digər operatorlara daşıyıblar (Digər operatorlarda bu tip problemlər olmur).
Daha sonra Emin Tiaro Azərcell-ə müraciət edərək yazır:
Burdan Azercell-ə müraciət edərək demək istəyirəm ki, bu günə kimi utanmadan belə fəaliyyət göstərmisinizsə , bundan sonra utansanız da , güya yaxın zamanda problemi həll etsəniz də sizə ayıb olsun...
Özünüzə hörmət etmədiyiniz kimi, abonentlərinizə də xidmətinizlə hörmətsizlik edirsiniz...
Teref.az olaraq Azərcell-ə qarşı bitib tükənməyən şikayətlərin qarşısında bu günə qədər şirkətin bu şikayətlrə hansısa mövqe sərgilədiyinin şahidi olmamaışıq.Bununla belə, ümid edirik ki, Azərcell bu şikayətlrlə tanış olub mövqeyini poçtumuza göndərəcək və bizdə onu oxucularımızla bölüşəcəyik!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.