Əhalini məsuliyyətli olmağa çağıran Əliabbas Salahzadə kimdir? – ATASI QALİB SALAHZDƏNİN BİZNESİ

8-08-2020, 17:23           
Əhalini məsuliyyətli olmağa çağıran Əliabbas Salahzadə kimdir? – ATASI QALİB SALAHZDƏNİN BİZNESİ
7news.az xəbər verir ki, Şeyxin kürəkəni, keçmiş deputat Qalib Salahzadənin oğlu, millət vəkili Əliabbas Salahzadə öz sosial şəbəkə səhifəsində xalqa irad tutub, əhalini məsuliyyətli olmağa çağırıb.

Ölkədə məmur özbaşınalığı, külli miqdarda korrupsiya, mənimsəmə cinayətləri səbəbindən xalqın acınacaqlı duruma düşməsini unudan deputat, nədənsə 190 manatlıq müavinətin aztəminatlı ailələrə çatmamasından, ölkənin az qala yarısının su problemi qarşsıında aciz qalmağından, AZAL və SOCAR kimi şirkətlərdən, hər il ziyarətlərə gedən milyonlardan, atasının biznes imperiyasını necə qurmasından danışmağı unudub.

Deputatın atası, keçmiş millət vəkili Qalib Salahzadə barədə qısa araşdırma zamanı qarşımıza çıxan yazılar, sözün əsl mənasında utancvericidir.

·Hacı Qalib imarətinə gülləkeçirməz şüşələr alıb – SENSASİON GƏLİŞMƏ

·Sabiq deputat vətəndaşın özəl torpağını avtodayanacağa çevirib – Özbaşınalıq

·Şeyxin qudası tanınmış aviatorun bağ evini zəbt edib

·”HACI QALİB NƏ QANUN, NƏ MƏHKƏMƏ, NƏ DƏ DÖVLƏT TANIYIR” -Şeyxin qudasından Prezidentə şikayət

·Hacı Qalib sərtDANIŞDI: “Məhkəmə boş şeydi. Dedilər tut, tutacaqlar”

·Şeyxin kürəkəni həbs edildi

·Qalib Salahzadə: “Jurnalistlər məni 79 milyon dollar ziyana salıb” – AÇIQLAMA (red.: 79 milyon manatı Hacı Qalib deputat maaşı ilə əldə edib?!)

·Görün YAP-ın namizədinin adı hansı cinayətdə keçir?

·Qalib Salahzadə: “Eldar Mahmudov kişi adamdır”

·Hacı Qalibin biznesi üzə çıxdı – SƏNƏD

Elementar axtarış etməklə, internetdə bu yazılarla tanış olmaq mümkündür. Bundan başqa Hacı Qalibin milyonlara başa gələn imarətinin fotosunu, biznes qurumunun adını da araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşmışdı. Sözügedən fotofaktları da təqdim edirik. Bütün bunlardan sonra maraqlı bir sual ortaya çıxır: Dövlətin milyonlarını talayan bir insan, xalqa ağıl öyrədə, diqtə edə, məsuliyyətli olmağa çağıra bilərmi?

Mövzunu davam etdirəcəyik.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.