Sahil Babayev nədən veteran və qaziləri narazı salır?- ŞİKAYƏT

9-08-2020, 09:18           
Sahil Babayev  nədən veteran və qaziləri narazı salır?- ŞİKAYƏT
Teref.az yazır ki, poçtumza Qaabağ veteranı, ehtiyatda olan zabit C Qədimovun şikayəti daxil olub. C.Qədimov şikayətində yazır:
Hörmətli Nurəddin müəllim !
Sizin saytınızda təqaüddə olan hərbiçilərin müraciətini oxudum və Sizə çox minnətdaram ki, bu məsələlərin qabardılmasında və ölkə başçısı cənab İlham Əliyevə çatdırılmasında bizə yardımçı olursunuz !
Bir məsələni də diqqətinizə çatdırıram ki, Sahil Babayev nazir olduqdan dərhal sonra nə səbəbdənsə biz hərbiçilərə qarşı sanki səlib yürüşünə başlamışdır ?! Mən S.Babayevin ƏƏSMN-in saytındakı elektron poçt ünvanına şikayət ünvanlasam da heç bir cavab ala bilməmişəm.
Ümumiyyətlə ƏƏSMN-in saytı demək olar ki, dövlət Başçısının gözünə kül üfürmək üçün sanki yaradılmış və bu saytın necə də sadələşdirilərək, əhalinin birbaşa «əlaqə» saxlaması üçün yaradıldığı barədə yüksək kürsüdən cənab S.Babayev və məmurları ruporlarla ağız dolusu danışırlar.
Mən ƏƏSMN-in saytındakı demək olar ki, göstərilən bütün məmurların, cənab S.Babayevin də telefon əlaqə nömrəsi daxil olmaqla, telefon əlaqə nömrələrinə zəng etsəm də təəssüflər olsun ki, cavab verən, sualımı cavablandıran şəxs tapa bilməmişəm !? Cəmi bir dəfə 142 çağrı mərkəzinə düşə bilsəm də oradan məni qane edəcək cavab ala bilməmişəm.
Belə ki, mən C.C Naxçıvanskinin müdavimi olaraq oranı 1982-ci ildə bitirərək, 1982-1986-cı illər ərzində Daşkən Ali Hərbi məktəbində oxuyaraq zabit rütbəsi almışam. Altay vilayətində zabit kimi xidmət edirdim.
1990-cı ildə özüm məcburi surətdə sovet ordusundan tərxis olaraq Vətənimə qulluq üçün azərbaycana dönmüşəm. Burada ermənilərə qarşı müxtəlif bölgələrdə döyüşlərdə beş ilə yaxın aktiv iştirak etmişəm.
Hal hazırda məmurların insan hüquqlarını pozan qərarlarının nəticəsində təqüd ala bilməyərək sadəcə 80 AZN veteran pulu ilə birtəhəri dolanmağa çalışıram. Bu veteran kartıma mənə ürəyi yanan dost tanış və qohumlar tərəfindən müxtəlif məbləğdə maddi dəstək üçün pullar köçürülürdü ki, bu da dolanışığıma yardım olurdu.
Təqribən iki ay öncə digər hərbiçi yoldaşım mənim veteran kartıma 20 AZN pul köçürmək istəsə də köçürnmə əməliyyatı baş tutmamışdır. 196 çağrı mərkəzinə zəng edərək səbəbini soruşduqda bildirdilər ki. ƏƏSMN-in göstərişinə əsasən veteranların kartına pul köçürülməsi ləğv edilib.! Başa düşə bilmirəm ki, bunda S.Babayevin nə marağı var !?
Onunki, cibindən mənə və ya digər bir şəxsə pul köçürülmür !!! Bizimlə qəsdi qərəzliyi nədir ???!!! Biz Vətən, xalq, millət uğrunda vuruşduq ki, axırda belələri bizim başımızda təcrübəlik dovşan kimi təcrübələr aparsın ki, görək bunları necə acından öldürə bilərik !!!???
Dövlət başçımız, Ali Baş Komandan bizim rifahımız üçün çox təqdirə layiq göstərişlər verir, müharibə əlillərinə və veteranlarına qarşı diqqətli olmağı, qayğılarına qalmağı məmurlara dəfələrlə Öz çıxışlarında tapşırsa da sanki bu məmurcuqlar kar olaraq bunları yerinə yetirmir və ya məhəl qoymayırlar ki, onsuz da səsləri Prezidentə çatmayacaq, şikayətləri əllərimizdən keçir !!!???
Sizdən bunu çap edərək ölçü götürülməsi üçün səsimin Ali Baş Komandanıçıza çatdırılmasında yardımçı olasınız ! Minnətdaram !
Qarabağ veteranı, ehtiyyatda olan zabit Cavanşir Qədimov.
[email protected]
P.S Həqiqətəndə, veteranların kartına kim tərəfindənsə pul keçirtmə əməliyyatlarnı nədən qadağan etsinlər? Bu veteranların başına açılan növbəti oyun deyilsə nədir? ƏƏSMN-yi niyə xalqı dölətdən belə narazı salır? Niyə ƏƏSMN ilə əlaqə qurmaq belə çətindir? Niyə ƏƏSMN mətbuat xidməti bu qədər şikayətlərə münasibət, mövqe bildirmir?
ƏƏSMN mətbuat xidməti mətbuatda nazir Sahil Babayevdən belə az görünür. Hərdən elə təəsürat yaranır ki, Nazir hörmətli Sahil Babayev yox mətbuat xidmətinin rəhbəri F.Talıbovdur.
Teref.az olaraq ümid edirik, ƏƏSMN-yi hansısa mövqe bildirəcək və bizdə oxucularla o, mövqeini bölüşəcəyik!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.