"Siz istədiyiniz şərti mənim razılığım və xəbərim olmadan tətbiq edə bilərsiniz."- Kapital Bank-dan şikayət var

25-09-2020, 07:49           
"Siz istədiyiniz şərti mənim razılığım və xəbərim olmadan tətbiq edə bilərsiniz."-  Kapital Bank-dan şikayət var
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Nurlan Ilyas Kapital Bank-dan şikayətçidir. Nurlan İlyas öz şikayətində yazır:

"Salam dostlar, mənim kimi məlumatsız olanlar üçün yazıram bunu. Deməli Kapital Bank 1 kartın şərtlərində dəyişiklik edib (əvvəl aylıq ödəniş gecikdikdə borca əlavə faiz yazılırdısa indi kart anında bloklanır və müraciətdən 2-3 ay sonra açılır o da kı bütün borc qapadıldıqdan sonra) və bu dəyişiklərdən nədən xəbərdarlıq almadığım üçün Kapital bankın çağrı mərkəzinə zəng vurdum:
+ Şərtlərin dəyişilməsi haqda nədən heç bir bildiriş və ya zəng gəlməyib?
- Siz müqaviləyə nəzər salsanız görərsiniz ki, biz müqavilənin şərtlərin bir tərəfli şəkildə sizin razılığınız olmadan dəyişə bilərik.
+ Yəni istəsəniz kartıma 1000 azn borc yazacaqsız mən sə o məbləği ödəməli olacam?
- Mən elə bir şey demədim.
+ Amma şərtlərin birtərəfli dəyişdirilməsi bu nəticəyə gəlir də, yox? Siz istədiyiniz şərti mənim razılığım və xəbərim olmadan tətbiq edə bilərsiniz.


Qeyd edim ki, 1 kart alınanda da müqavilənin bir tərəfli olması haqda heç bir məlumat vermirlər və müştərilər də o xırda şriftlə yazılan müqaviləni 1-2 saatlarını sərf edib əzab əziyyətlə oxumalı olurlar.
Məhs bu səbəbdən hər hansı müqavilə bağlandıqda şərtlərə dəyişikliyin 1 və ya qarşılıqlı anlaşma ilə olmasını soruşun."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru