Sabirabadda yaşıllığa DÜŞMƏN MÜNASİBƏT... - Burda artıq iş-işdən keçib...

31-05-2023, 10:48           
Sabirabadda yaşıllığa DÜŞMƏN MÜNASİBƏT... -
"Sabirbadda Yaşıllaşdırma idarəsi necə işləyir ki, illərdir bir çox yerləri kol-kos basıb..." Bu barədə DİA.AZ-a Sabirabad sakinləri adından edilən müraciətdə deyilir.

Narazı sakinlər daha sonra yazır:

"Ağaclar isə susuzluqdan quruyur... Susuz dağlarda əkilib yaşıllaşan ağacların aqibəti necə olmalı idi ki? Elə bil düşmən kəsiliblər bu dövlətə. Əvvəldən də bilidrilər ki, bu ağacları sulaya bilməyəcəklər...

Sabirabadda su kənarlarında olan ağaclar quruyursa, görəsən, bu özbaşınalığa bir dur deyən qurum olacaqmı?"

Qeyd edək ki, sakinlərin müraciətində iddiaların təsdiqi kimi fotolar da əlavə olunub.





Müraciətlərinin sonunda sakinlər ölkə başçısına xitab edərək, müdaxilə olunmasını xahiş edirlər:

"Cənab Prezident. Siz çıxışlarınızda ictimai nəzarətin əhəmiyyətindən danışırsınız... Sabirabad rayonunda vəziyyət artıq ictimai nəzarəti də keçib... Bu rayona DTX lazımdır.

Bir çox qurumlar - Sabirabadda dövlət idarələri məmurlar tərəfindən aşkar şəkildə işğal olunduğundan onların hansısa fəaliyyətindən danışmaq yersizdir".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru