“Onları 5 ildən 10 ilədək həbs gözləyir” - Almaniyada azərbaycanlılarla bağlı saxta miqrant qalmaqalı

20-11-2019, 10:37           
“Onları 5 ildən 10 ilədək həbs gözləyir” - Almaniyada azərbaycanlılarla bağlı saxta miqrant qalmaqalı
Almaniyada saxta miqrant əməliyyatı, əməliyyat çərçivəsində Əlövsət Əliyev və Mehdi Xəlilbəylinin saxlanılması gündəmin müzakirə mövzusudur.

Teref.az Koblents prokuroru Torsten Kalın haqqın.az-a müsahibəsini təqdim edir.

-Hökumət orqanlarının məlumatına görə, 14 noyabrda çarter reysi ilə Almaniyadan Azərbaycana 61 nəfər deportasiya olunub. Bu, Əlövsət Əliyev və Mehdi Xəlilbəyliyə qarşı cinayət işi ilə bağlıdır?

-Biz göstərilən şəxslərə qarşı araşdırmaya başlamışıq. İttiham əldə edilən operativ axtarış dəlillərinə əsaslanır. Ancaq bu məsələ ilə bağlı heç bir Azərbaycan vətəndaşı ölkədən göndərilməyib.

-Əlövsət Əliyev və Mehdi Xəlilbəyli konkret olaraq nədə ittiham olunur?

-Onlar və digər Azərbaycan vətəndaşları insan qaçaqmalçılığında, saxta sənəd hazırlamaqda və pul yuyulmasında ittiham olunur.

-Hazıra onlar harada saxlanılır? Hansı şəhərdə?

-İki nəfər həbs olunub . Hazırda onlar müvafiq həbsxanaya köçürülüb.

- Bəzi mətbu orqanları bildirir ki, araşdırma miqrant alverində şübhəli bilinən daha 60 Azərbaycan vətəndaşını da əhatə edir.

-Bu informasiya həqiqətə uyğun deyil. İttiham ancaq 8 Azərbaycan vətəndaşına qarşı irəli sürülüb.

-Necə hesab edirsiniz, istintaq nə qədər davam edə bilər?

-Söyləmək çətindir. Gördüyünüz kimi, söhbət ciddi ittihamlardan gedir. Belə işlərdə bunu söyləmək çətin olur. Həbs qətimkan tədbiri olaraq 6 ay seçilib. Qanunvericiliyə əsasən, bu müddəti uzatmaq olar.

-İttiham irəli sürülərsə, məhkəmə harada olacaq?

-Belə hal olarsa, onlar Koblents Federal Torpağında məhkəməyə çıxarılacaqlar. Almaniya qanunvericiliyinə əsasən, ərazi məhkəmələri ancaq 4 il həbs cəzası ilə nəticələnəcək və ya psixi xəstəxanaya göndəriləcək işlərə baxa bilərlər. Bu halda isə söhbət 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasından gedir. Əgər onlara qarşı ittiham irəli sürülərsə, məhkəmə Koblentsdə olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.