"Ermənistanla hansı barışıqdan danışmaq olar?!"- Latviyalı deputatdan sərt AÇIQLAMA

28-10-2020, 16:19           
"Ermənistanla hansı barışıqdan danışmaq olar?!"- Latviyalı deputatdan sərt AÇIQLAMA
Latviya Seyminin deputatı Vitali Orlov haqqin.az-a verdiyi müsahibədə Ermənistanın işğal və müdaxilə siyasətini kəskin tənqid edib.

Teref.az xəbər verir ki, onun sözlərinə görə, keçən il Azərbaycana səfər edib və ölkənin sürətli inkişafının birbaşa şahidi olub.

Deputat hesab edir ki, Azərbaycanın özəllikləri çoxmədəniyyətlilik, tolerantlıq və qonaqpərvərlikdir.

“Mən çox narahat idim, bəzi həmkarlarım barışıqdan danışarkən deyir ki, guya Ermənistan silahları yerə qoymağı təklif edir. Ancaq oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə atəşkəs imzalananda, elə həmin gecə Ermənistan Azərbaycanın Gəncə şəhərinə ballistik raket atdı. İrəvan dinc yaşayış bölgəsinə zərbə vurdu. Atəşkəsdən sonra bu necə mümkün oldu? Onlarla insan, bir neçə uşaq öldü.

Bu hərəkətlər Ermənistanın əsl niyyətlərini açıq şəkildə nümayiş etdirir: hansı barışıqdan danışmaq olar, bundan sonra necə razılaşa bilərik?!

Fikrim budur ki, dünyanın hər hansı bir yerindəki qarşıdurmaya beynəlxalq təşkilatlar daha çox cavabdeh olmalıdır. Bu gün hər kəsə aydındır ki, dünya güclərinin aparıcı siyasətçiləri bu cür münaqişələrin həllində, sanksiyaların və digər təsir mexanizmlərinin tətbiqində, hesabların dondurulmasına qədər, beynəlxalq hüquqlara əməl olunmadığı təqdirdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan dörd BMT qətnaməsində daha fəal olmalı idilər”. Deputat yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.