Çindən Hindistana sərt mesaj: Səhv addımlar atma...

5-07-2020, 09:49           
Çindən Hindistana sərt mesaj: Səhv addımlar atma...
Hindistan Çinə münasibətdə strateji səhvlər etməməlidir.

Axar.az xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransında deyib.

“Münasibətlərin iki ölkə liderlərinin razılaşması əsasında qorunması vacib məsələdir. Son vaxtlarda bəzi hindli siyasətçilər davamlı olaraq Çin-Hindistan münasibətlərinə xələl gətirən açıqlamalar verirlər. Hindistan Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq etməklə Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozur. Çin hökuməti məsələ ilə bağlı lazım olan addımları atacaq. Eyni zamanda, Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qoruyacaq”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, Hindistan Çin sosial şəbəkələrinə (Tik Tok, Veçat və s.) qadağa qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru