Pənah Hüseyn Rəhim Qazıyev haqqında: - "Bu bədbəxt, sərsəri qocanı ..."

14-07-2020, 09:18           
Pənah Hüseyn Rəhim Qazıyev haqqında: - "Bu bədbəxt, sərsəri qocanı ..."
Azərbaycanın sabiq Baş naziri, AXP sədri Pənah Hüseyn sosial mediada maraqlı bir statusla çıxış edib. Musavat.com xəbər verir ki, onun statusu sabiq Müdafiə naziri Rəhim Qazıyevin saxlanmasına həsr olunub.

Öz yazısına "Rəhim Qazıyevi azad edin!" başlığı seçən Pənah Hüseyn belə davam edib:

"Rəhim Qazıyevi həbslə şərəfləndirib xilas etməyin! Siyasi məhbus siyahısını onun adı ilə kirlətməyin! O bu şərəfə, bu siyahıya layiq deyil!

İlahi ədalətə , baxın ki, erməni saytları dünən onun həbsini "В Азербайджане задержали министра обороны, сдавшего Шуши", başlığı ilə verdilər"!

İlahi ədalətə baxın ki, Surət Hüseynov onu xain adlandırdı, Şuşanı verməkdə ittiham edib, qulağını kəsməklə hədələdi! Allah onun ən ağır cəzasını verib, ağlını alıb! Bu bədbəxt, sərsəri qocanı günahları ilə baş başına buraxın. Rəhim Qazıyevi həbs etməyin!"

Qeyd edək ki, statusun tam həcmi bu qədərdir.

Xatırladaq ki, Rəhim Qazıyev dünən hüquq mühafizə orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru