ABŞ-dan Azərbaycana üstüörtülü strateji dəstək: ““Türk axını” dərhal dayandırılsın”

16-07-2020, 00:09           
 ABŞ-dan Azərbaycana üstüörtülü strateji dəstək: ““Türk axını” dərhal dayandırılsın”
ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiya təbii qazının Türkiyə vasitəsilə Avropaya nəql edən Türk axını layihəsi ilə bağlı təhlükəli bəyanatla çıxış edib.

Ovqat.com-un məlumatına görə, Pompeo deyib ki, "Türk axını” və "Şimali axını-2" layihələrində iştirak edən ölkələr ya bu layihədən dərhal çıxmalı və ya onun meydana çıxacağı risklərə qatlanmalıdırlar.

Avropa ölkələrinin Rusiyanın xeyrinə olan “bu pis layihələrdə iştirak etdiklərini” vurğulayan Pompeo müttəfiqlərini layihələrdən mümkün qədər tez çıxmağa çağırıb.

Qeyd edək ki, saytımızın redaktoru Heydər Oğuz da bu gün “Hürriyyət” qəzetinə verdiyi müsahibəsində Tovuzda baş verən təxribatı ABŞ-ın “Türk axımı” layihəsini dayandırmaq təşəbbüsünə qarşı olduğunu vurğulamışdı. ABŞ vitse-prezidentinin bu çağırışının məhz belə bir zamanda gəlməsi və təcili xarakter daşıması bu versiyanı gücləndirir. Belə görünür ki, dünya hegemonluğu uğrunda mübarizəyə başlayan böyük dövlətlərin növbəti poliqonu Cənubi Qafqaz regionu, o cümlədən Azərbaycandır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.