Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib

8-08-2020, 06:16           
Tramp seçiləcəyi təqdirdə İran və KXDR-lə razılaşmaya nail olacağını deyib
ABŞ prezidenti Donald Tramp hesab edir ki, yenidən prezident seçilsə, çox tez müddətdə İran və Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə razılaşmaya nail olacaq.

Bu barədə “Report” ABŞ mətbuatına istinadən xəbər verir.

"Nə vaxt ki, biz qələbə qazanacağıq və əgər biz qələbə qazansaq, çox tez müddətə İranla saziş bağlayacağıq. Biz çox tez Şimali Koreya ilə saziş bağlayacağıq", - Nyu-Cersi ştatında mətbuat konfransında ABŞ lideri bildirib.

"Əgər mən 2016-cı ildə seçkiləri udmasaydım, indi bizim ölkəmiz Şimali Koreya ilə müharibə vəziyyətində olardı. Mümkündür, əlbəttə ki, o artıq və bu vaxtda bitərdi", - ABŞ rəhbəri deyib. "Amma bu, çox xoşagəlməz müharibə olardı", - Tramp əlavə edib.

Tramp hesab edir ki, həyata keçirdiyi siyasət sayəsində indi vəziyyət bunun tam əksidir. "İndi bizim həqiqətən Şimali Koreya ilə münasibətlərimiz var, əslində əvvəlki administrasiyalar bunu etməyə müvəffəq olmurdu", - Tramp vurğulayıb.

"İran çox istəyir ki, bizimlə saziş bağlasın", - Ağ Ev başçısı deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.