Belarus seçkilərinin Tixanovskaya surprizi.. .21-ci əsr siyasətində nələr baş verir?

11-08-2020, 08:43           
Belarus seçkilərinin Tixanovskaya surprizi..
Hansı tendensiya qeyri-peşəkar siyasətçiləri irəli çıxarır və ümumi fonda Tixanovskayanın bu siyasi uğuru nələrdən xəbər verir?..

ReAl-ın icraçı katibi: “Sadəcə olaraq Tixanovska Belarusda müxtəlif elektoratın və yaxud vəziyyətlə razı olmayan elektoratın simvoluna çevrildi. Bu bir daha sübut etdi ki, lider səs deyil, funksiyadır”.

“Seçkilərdə nəticələrin necə olmasından asılı olmayaraq Belarus cəmiyyətinin bir addım irəli getdiyinin şahidi olacağıq”.

Bu sözləri ReAl-ın icraçı katibi Natiq Cəfərli Belarusda prezident seçkilərində heç kəsin tanlmadığı Svetlana Tixanovskayanın gözlənilməz uğurunun səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, dünən başa çatan Belarus seçkilərinin sürprizi Svetlana Tixanovskaya oldu.

Xatırladaq ki, Belarusda tanınmış bloqer Sergey Tixanovskiyə öz namizədliyini qeydə aldırmağa imkan verilmədi. Onun yerinə namizədliyini irəli sürmüş həyat yoldaşı Svetlananın xeyrinə imza toplanması zamanı isə Tixanovskini həbs edildi.

Svetlana Tixanovskayanın əvvəllər tanınmış siyasətçi olmaması, buna baxmayaraq necə deyərlər “mətbəxdən çıxmış” bir evdar qadının Lukaşenko kimi peşəkar bir siyasətçini sözün həqiqi mənasında “tərlətməsi” Belarusda prezident seçkilərinin əsil sürprizi oldu. Təbii ki, belaruslar 30 ilə yaxındır onları idarə edən Lukaşenkodan doyublar və dünən axşam baş verən etirazlar da onu göstərdi ki, əslində gənc nəsil artıq “Batka”dan cana doyublar. Lakin insanların Lukaşenkonun peşəkar siyasətçiyə deyil, məhz xalqın içindən və “mətbəxdən çıxan” buir qadına etimad göstərmçəsi doğrudan siyasi tendensiyaların dərişməsinin siqnalı kimi də qəbul edilə bilər. Qeyd edək ki, seçkilərdən bir neçə gün əvvəl Lukaşenko Tixanovskaya haqqında “yazıq qızcığaz” ifadəsini işlətmişdi. Amma bu gün Belarus seçkilərində kimin qalib elan olunmasından asılı olmayaraq ortada bur nəticə var: “Yazıq qızcığaz” Tixonovskaya uzun illərin siyasət “qoçu” Lukaşenkonu yazıq vəziyyətə saldı və bundan sonra “Batka”dan fərqli yanaşma tələb olunacaq ki, onun siyasi gələcəyini də məhz bu yanaşma müəyyənləşdirəcək.

Qeyd edək ki, seçkilərdən əvvəl Tixonovska fenomenini araşdıran “Turan” İA Svetlana Tixanovskayanı əvvəllər tanınmış siyasətçilər olmamış və özünü heç nə ilə göstərməmiş, lakin seçkilərdə qalib gəlmiş bəzi dünya liderləri – Donald Tramp, Vladimir Zelenski, Nikol Paşinyan ilə bir sıraya qoyub. Həmçinin Agentlik kateqoriyaya aid edilə bilən dördüncü şəxs olaraq Vladimir Putini göstərib.

Heç kimin tanımadığı bir evdar xanımın seçkilərdə birdən-birə belə uğur nümayiş etdirməsini və Lukaşenkonu sözün həqiqi mənasında tərlətməsini necə şərh etmək olar? 21-ci əsr siyasətində nələr baş verir? Hansı tendensiya qeyri-peşəkar siyasətçiləri irəli çıxarır və ümumi fonda Tixanovskayanın bu siyasi uğuru nələrdən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı ReAl-ın icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Bundan sonra Belarusda siyasi, ictimai fəaliyyətin formaları və konsepsiyaları dəyişdiriləcək”.

Belarusda bir çox başqa dövlətlərin, başqa güclərin də maraqlarının olduğunu vurğulayan ReAL partiyasının icraçı katibi PİA.az-a açıqlamasında əlavə edib ki, bəziləri bilərəkdən, bəziləri dolayı yolla, bəziləri də birbaşa seçkilərə müdaxilə etməyə cəhd göstərirdilər. Hazırkı dönəmdə Rusiya ilə Belarusun münasibətləri heç də ürəkaçan olmadığını vurğulayan Cəfərli qeyd edib ki, son zamanlar Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın ünvanına kifayət qədər tənqidi, hətta kəskin fikirlərinin şahidi oluruq.

ReAL funksioneri hesab edir ki, bu prosesdən bir çox postsovet ölkələrinin çıxaracağı dərslər var:

“Əslində Svetlana Tixanovskaya stimula çevrildi. Yəni özü-özlüyündə siyasi biliklərinə, siyasi bacarıqlarına, yaxud da hər hansı siyasi fəaliyyətinə görə önə çıxmayıb. Sadəcə olaraq Tixanovska Belarusda müxtəlif elektoratın və yaxud vəziyyətlə razı olmayan elektoratın simvoluna çevrildi. Bu bir daha sübut etdi ki, lider səs deyil, funksiyadır. Yəni lider funksiyanı yerinə yetirmək üçün nəzərdə tutulub.

Belarusda bir çox dövlətlərin və beynəlxaq güclərin də maraqları var idi. Bəziləri bilərəkdən, bəziləri dolayı, bəziləri də birbaşa seçkilərə müdaxilə etməyə cəhd göstərirdilər. Hazırkı dönəmdə Rusiya ilə Belarusun münasibətləri heç də ürəkaçan deyil. Yəni son zamanlar Belarus prezidenti Aleksandr Lukaşenkonun Rusiyanın ünvanına kifayət qədər tənqidi, hətta kəskinh fikirlər söyləməsinin şahidi oluruq.

Bir sözlə Berlarusda, həm müxtəlif maraqların kəsişməsi, həm cəmiyyətin dəyişiklik istəyi, həm də yeni nəsilin siyasətə gəlməsi məsələsi var idi. Yəni bir çox məsələlər üst-üstə düşdü, deyə belə özü-özlüyündən Tixonovskaya fonemini yarandı.

Natiq Cəfərli: “Ölkələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə bağlı institutlar formalaşmalıdır”

Düşünürəm ki, seçkilərdə nəticələrin nə olmasından asılı olmayaraq Belarus cəmiyyətinin bir addım irəli getdiyinin şahidi olacağıq. Bundan sonra Belarusda siyasi, ictimai fəaliyyətin formaları və konsepsiyaları dəyişdiriləcək.

Qeyd edim ki, ölkələrdə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətləri ilə bağlı institutlar formalaşmalıdır. O institutlar olmayanda ölkədə xaotik vəziyyətin yaranma ehtimalı olur. Necə ki, dünən biz bunu Belarusda gördük. Buna görə də bu prosesdən bir çox postsovet ölkələrinin çıxaracağı dərslər var.

Yeni nəsil gəlir və sosial şəbəkələr seçkilərin əsas foneminə çevrilir. Lider də səs yox funksiyaya çevrilir. Nəticə etibarilə də oturuşmuş siyasi təşkilatların olması hər bir ölkənin xeyrinədir. Bu çıxarılacaq nəticələrdir. Düşünürəm ki, bu proseslər gələcəkdə ölkələrdə hökumət və qeyri-hökumət təşkilatlarının oturuşmuş institutlar halına gəlməsi üçün şəraitin yaranmasına yol açacaq. Məsələyə bu nöqteyi-nəzərdən də baxmaq lazımdır”.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.