"Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır" - Hulusi Akar

13-08-2020, 16:58           
"Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır" - Hulusi Akar
Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi xain hücumu bir daha qətiyyətlə pisləyirik. Azərbaycan xalqına başsağlığı, səbr, silahlı qüvvələrə güc diləyirik. Azvision.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

“Dərdinizi millət olaraq dərindən hiss edirik. Çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü önündə Xocalıda soyqırım törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və ya legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün imkanlarımızla sonadək Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil. Azərbaycanın ədalətli işi və ərazi bütövlüyünə güclü dəstəyimiz əvvəllər olduğu kimi davam edəcəkdir. Azərbaycanın işğal altındakı ərazilərini azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq", - deyə H.Akar vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru