Hərbi üstünlüyü diplomatik üstünlüyə çevirməliyik: - Natiq Cəfərli yazır

28-09-2020, 00:05           
Hərbi üstünlüyü diplomatik üstünlüyə çevirməliyik: - Natiq Cəfərli yazır
Hərbi üstünlüyü diplomatik üstünlüyə çevirməliyik:
1) İranın danışıqlarda vasitəçi olma təklifi geri çevrilməlidir, buna razılıq vermək olmaz,
2) Türkiyə ilə ölkəmiz ərazisində Hərbi Tədris Mərkəzlərinin yaradılması üçün müqavilə imzalanmalıdır,
3) Rusiyaya açıq demək lazımdır ki, Paşinyanı dəyişmək istəyirsiz, özünüz bilərsiz, bunun üçün Azərbaycanın hərbi qələbələrindən də istifadə edə bilərsiz, amma yerinə gəyirəcəyiniz istənilən "YAN"-a başa salın ki, münaqişə həll olunmalıdı. Həm də mədəni şəkildə Kremlə demək lazımdı ki, sülhməramlı kimi onların qoşununun gələcəkdə torpaqlarımızda görmək istəmirik. Əgər israr etsələr, yanlarında Türkiyə əsgəri də sülhməramlı kimi olmalıdı,
4) Beynəlxalq təşkilatlarla, xarici media ilə, Qərbin "beyin mərkəzləri" əlaqəsi olan bütün azərbaycanlılar tanıdıqları hamıya məktublar yazmalı, vəziyyəti tək rəsmi dillə deyil də, həm də dostcasına izah edib işğalın sonunun bütün bölgəmizə demokratiya və azadlıqlar gətirəcəyini deməlidirlər,
5) Azərbaycanın daxilində məhz Qarabağ, haqq işimiz məsələsində fikir ayrılığının olmadığını israrla bəyan edib, əməllərlə bu yolun arxasında elliklə durmağımızı bildirməliyik. Artıq 90-cı illədə kimin günahkar olduğu məsələsinin heç bir önəmi yoxdur.
Tarixi fürsəti qaçırmaq olmaz, işğalın sonu, Qarabağ məsələsinin həlli ölkəmizin önündə ciddi fürsətlər açacaq, öz torpağını azad edən xalqla hesablaşan sistemin yaranmasının əsası qoyulacaq!
Salam Əsgər! Yolun açıq, qəzan mübarək olsun!
Natiq Cəfərli
ReAl fubksioneri
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.