"Gedin siz Bərdədə Fatma xanımın seçki dairəsindən olan adamlardan soruşun görün onlar o artisti tanıyır?" - deputat

22-09-2022, 16:22           
"Gedin siz Bərdədə Fatma xanımın seçki dairəsindən olan adamlardan soruşun görün onlar o artisti tanıyır?" - deputat
"Gedin siz Bərdədə Fatma xanımın seçki dairəsindən olan adamlardan soruşun görün onlar o artisti tanıyır?"
Deputat Fatma Yıldırımın özünü Hollivud aktrisası Ancelina Coliyə bənzətməsi son günlər sosial şəbəkələrdə xeyli müzakirə olundu. Nəhayət, Milli Məclisin üzvü məsələyə “facebook” profilində aydınlıq gətirərək bildirdi ki, şəxsi mövzuda heç bir jurnalistə müsahibə verməyib və onun adından yazılanlar uydurmadır. Maraqlısı budur ki, bu hal nə birinci nə də sonuncudur. Tez-tez deputatların adından demədikləri, yaxud təhrif edilərək təqdim olunan paylaşımlar görə bilirik.

Məsələ ilə bağlı TİA. az-a danışan deputat Aqil Abbas bildirdi ki, vaxtilə onun adından da bu cür həqiqəti əks etdirməyən məlumatlar paylaşılıb:
“Gedin siz Bərdədə Fatma xanımın seçki dairəsindən olan adamlardan soruşun görün onlar o artisti tanıyır? Məsələn, mən yazıçıyam, jurnalistəm, ziyalıyam, onu tanımıram. Nətər olur, Bərdədə kənddə hamı onu tanıyır? Hamısını deputatları söydürmək üçün edirlər.
Elman Nəsirovun, Fazil Mustafanın adından yalandan yazırlar. Vaxtilə mənim adımdan da yazırdılar. Dəfələrlə bu paylaşımlara görə bizə deyiblər ki, yazanları məhkəməyə verək, hüquq -mühafizə orqanlarına şikayət edək, ancaq biz baş qoşmaq istəmirik. Hazırda sosial şəbəkələrə nəzərətlə bağlı Milli Məclisdə paket hazırlanır”.
Deputat bildirdi ki, kimisə söyməyin demokratiya ilə əlaqəsi yoxdur və nəzarət də buna aiddir: “Bu demokratiya deyil, nə demokratiya? Kimə nə deyirlər desinlər də yenə. Ancaq kimisə şərləmək, təhqir etmək demokratiyadır? Mən dünyanın heç yerində belə demokratiya görməmişəm ”



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.