ABŞ Rusiya ilə müharibə istəmir – Entoni Blinken

3-12-2022, 00:21           
ABŞ Rusiya ilə müharibə istəmir –
ABŞ Prezidenti Co Bayden Ukraynadakı münaqişənin genişlənməsinin qarşısını almağa çalışır, ABŞ Rusiya ilə müharibə istəmir.
Teref.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken “France 2” telekanalında deyib.
“Bayden üçün Ukraynada münaqişənin genişlənməsinin qarşısını almaq lazımdır. Biz münaqişəni tamamlamaq istəyirik, amma heç bir şəkildə onu genişləndirmirik. Biz Rusiya ilə müharibə istəmirik, xüsusən də Üçüncü dünya müharibəsini istəmirik. Səy göstərdiyimiz bu deyil”, – deyə Blinken bildirib.
Eyni zamanda o, ABŞ-ın Kiyev üçün Rusiya ilə danışıqların şərtlərini müəyyən etməyəcəyini, ancaq ukraynalıların qərarını dəstəkləyəcəyini bildirib.
E.Blinken həmçinin qeyd edib ki, ABŞ Rusiya ilə təmasdadır, dialoqun aparılması zəruri olan mühüm mövzular var.
“Məsələn, biz Rusiya ilə əlaqə saxlamağa davam edirik, çünki onun nüvə silahından istifadə edəcəyindən qorxuruq, bu, fəlakət ola bilər”, – deyə E.Blinken vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Rusiyanın bu istiqamətdə fəaliyyətini hələ görməsə də, narahatlıqlar qalmaqdadır.












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.