İranı ən qatı düşməni xilas edir – Gözlənilməz

28-05-2023, 12:48           
İranı ən qatı düşməni xilas edir –
ABŞ və İran arasında Tehranın dondurulmuş aktivlərinin bərpası barədə danışıqlar tezliklə razılaşmaya gətirib çıxara bilər.

Globalinfo.az xəbər verir ki, bunu “İran İnternəşinəl”ə özünün mənbələri məlumat verib.

Mənbə razılığın xüsusilə İraq və Cənubi Koreya banklarında saxlanılan İran vəsaitləri ilə bağlı olacağını söyləyib. Sayt təkcə İraqda Tehranın 10 milyard dollarının saxlanıldığını yazıb. Cənubi Koreyaya gəlincə isə İranın burada 7 milyard dollarının olduğu vurğulanıb.

Razılıq əldə olunacağı halda belə, onun reallaşdırılmasının çox vaxt aparacağı qeyd edilib.

Mənbə ABŞ-ın sanksiyalarını götürməsi qarşılığında İranın öz nüvə proqramında müəyyən elastikliyə gedəcəyi, eləcə də ikili vətəndaşlığı olan girovları azad edəcəyini bildirib.

Hazırda İranda ümumilikdə 5 ABŞ vətəndaşı casusluqda ittiham olunaraq həbsdə saxlanır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.