Direktor, müavinlər, mühasiblər, dərs hissə müdirləri… –Onların da maaşları qalxdı

11-09-2019, 08:06           
Direktor, müavinlər, mühasiblər, dərs hissə müdirləri… –Onların da maaşları qalxdı
Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostikqiymətləndirilməsi aparılmış dövlət peşə təhsilimüəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifəmaaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Qərarda dəyişiklik edib.

Teref.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara edilmiş dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşları 660 manat (əvvəlki maaş 550 manat), direktor müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manat (əvvəlki maaş 495 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manat (əvvəlki maaş 440 manat) müəyyən edilib.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.