Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi

17-11-2019, 18:44           
Daha bir icra başçısından şikayət var - Lerik sakini Prezidentə müraciət etdi
“Evə qayıdanda evimin qapısını qırılmış vəziyyətdə gördüm. Şəhərə qayıtdım. Axşam evə gələrkən yenə də vəziyyətin təkrar olunduğunu gördüm. Beləcə, ev və evimin qapısı bir həftə üç dəfə əldən ələ keçdi”.

Lerik rayonunda yaşayan YAP-nın üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, sabiq dövlət qulluqçusu İlham Mürvət oğlu İbadov Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və bir sıra dövlət məmurlarına müraciət edib. O bildirib ki, bu il sentyabr ayında Lənkəran şəhərində Daxili İşlər naziri Vilayət Eyvazovun qəbulunda iştirak edib.

“Orada Vilayət Eyvazov məni çox yüksək səviyyədə qəbul etdi. Qəbuldan məmnun qayıtdım. Orada Vilayət Eyvazova Lerik RİH-də davam edən rüşvət və korrupsiya hərəkətləri barədə məlumat verdim. Lakin səhəri gün evə qayıdanda evimin qapısını qırılmış vəziyyətində gördüm. Şəhərə qayıtdım. Axşam evə gələrkən yenə də vəziyyətin təkrar olunmasını gördüm. Beləcə, ev və evimin qapısı bir həftə üç dəfə əldən-ələ keçdi. Sonra öyrəndim ki, bu işlər Lerik Rayon İcra Hakimiyyəti başçısının şifahi sərəncamın əsasında həyata keçirilib. İşləri isə görən Lerik rayon İcra Hakimiyyətinin işçiləri və polis əməkdaşları olub. Mən 2019-cu ildən sözügədən evi almışam və sənəddə qeyd olunur: “Binadakı mənzillərin orderləşdirilməsi, onun rayon mənzil-istismar sahəsinin balansına verilməsi prosesləri müəyyən vaxt tələb etdiyindən, bu işlər tamamlananadək yuxarıda qeyd olunmuş mənzil vətəndaş İlham İbadovun bu mənzil üzərində mülkiyyət hüququ saxlanılmaq şərti ilə ona təhkim olunmuşdur”.

Göründüyü kimi, binalarda mənzillərə order verilənədək, mənim həmin mənzildə yaşamaq hüququm vardır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu hüquqdan məni heç kim məhrum edə bilməz. Yalnız məhkəmənin qətnaməsi istisna olmaq şərti ilə. Mənim evimin qapısı məhkəmə qətnaməsi olmadan nə üçün sındırmalı, nə üçün açarları başqasına verməlidir? Bu, mənzil hüququmun pozulması deməkdir.

İlham İbadov Prezidentdən və onun xanımından yuxarda qeyd etdiyi faktların araşdırılmasını və ona qarşı zor tətbiq edilməsi ilə bağlı tədbir görülməsini xahiş edir.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.