Qubanın bu kəndinin başqa dərdi çıxıb – Sakinlər haray çəkir VİDEO

2-07-2020, 09:27           
Qubanın bu kəndinin başqa dərdi çıxıb –
Qubanın Küsnətqazma kəndinin sakinləri 22 ildir ki, əllərində dövlət aktı olmasına baxmayaraq haqları olan pay torpaqlarına sahib ola bilmirlər.

KONKRET.az xəbər verir ki, bu işdə aqrar islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyevi günahlandırır, ali dövlət qurumlarından yardım istəyirlər.

Qubanın Küsnətqazmalar kəndi Azərbaycanımızın o yaşayış məntəqələrindəndir ki, buranın sakinləri 1998-ci ildə həyata keçirilmiş aqrar islahatların nəticəsi kimi haqları olan pay torpaqlarına sahib ola bilmirlər. Hər bir ailəyə torpaq aktı adında quru kağız parçası təqdim olunsa da, necə deyərlər, lələ köçürülüb yurd yeri ərşəyə çəkilb. Bu gün sakinlərin əlində sadəcə aqrar islahatı dövründə Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdüri işləmiş, hazırda isə Quba rayon icra hakimiyyəti başçısının 1-ci müavini olan Allahverdi Xudaverdiyevin mürəkkəbi hələ də solmayan möhürlü aktları var. Maraqlıdır akt verilibsə, torpaq hanı, yox torpaq yoxdursa, dövlət adına aktlar hansı əsasa verilib?.

Hələ bu azmış kimi 22 il öncəki saxtakarlıq son illərdə də davam etdirilir. Kənd sakinləri vurğulayır ki, “Kim istəyirsə ona həmin aktlar əsasında (müəyyən “görüm-baxımdan sonra) çıxarışlar təqdim olunur”.

Sənəd təzə, möhür köhnə, elə Allahverdi müəllimin imzasıyla. Vətəndaşlar isə torpaq olmasa da, quru kağız parçası olan çıxarışı almağa məcburdurlar. O səbəbdən ki, yoxsa heç bir dövlət imtiyazından bəhrələnə bilmirlər. Hansısa sosial yardımı almaq üçün olmayan torpaq sahəsi üçün çıxarış alıb vergi ödəməlidirlər ki, istəkləri reallaşsın. Küsnətqazmalılar deyir ki, “Hara müraciət edirik faydası yoxdur. Çünki əsrin 1 rübünə (25 il) yaxındır ki, Qubada torpaq oyunbazlığına rəsmi olaraq Allahverdi Xudaverdiyev rəhbərlik edir. İslahat dövründən başlayaraq rayonda Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin şöbə müdiri işləyən bu kəs sonra Kənd Təsərrüfatı şöbəsinin müdiri, indi isə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini işləyir. Hələ bu azmış kimi bir qədər öncə DAİM-in rayon şöbəsinin müdiri vəzifəsindən icra başçısına birinci müavin transfer olunarkən yerinə heç bir yerdə işləməyən bacanağını yerləşdirməyə də nail olub. Bir sözlə, Qubada Allahın verdiyi torpaq da Allahverdilikdir, onu satmaq, icarəyə vermək, əkib becərməyə görə verilən subsidiyaları necə gəldi bölüşdürmək də”.

“Hara şikayət edirik, məsələnin araşdırılması rayona qaytarılır ki, haqqımız olan torpaqları bazara çıxarıb satan bu adam qarşısını alır. Dəfələrlə bu özbaşınalıqlar, cinayət əməllərinə qarşı vətəndaş ərizələri əsasında cinayət işləri açılıbsa da, yarımçıq dondurulub. Küsnətqazmalar kəndinin 100-ə yaxın ailəsi isə hələ də o ümidlə yaşayır ki, bitəcək bu zillət. Və bunun üçün dövlətimizin ali qurumlarının rəhbərlərindən ümid diləyirik və əminik ki, xalqımız kimi bizlərin də sevimlisi olan prezidentimiz bu cür torpaq mafiozlarını silib-süpürəcək, bu istiqamətdə kənd adamlarını, alnı tərli, zəhməti ilə torpağa bağlı olan insanlara dəstəyini davam etdirəcək”.
KONKRET.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.