“Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” - Arəstə Baxışovanın anası - VİDEO

30-10-2020, 10:34           
“Dedi ki, ş̧əhid olsam, başımın ucalığıdır” -
AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.

Teref.Az axşam.az-a istinadən bildirir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüblər.

Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:

"Dedi ki, "ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o mənim başımın ucalığıdır".

Telefonda danışanda isə dedi ki, "ana narahat olma hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq, çünki ruh yüksəkliyi var. O qədər könüllü balalarımız, əsgərlərimiz var ki, canla başla döyüşürlər".

Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:

"Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax".

Arəstənin qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:

"Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru