AMEA necə mənasız qurum idisə, elə də davam edir - sadəcə yazı-pozu işini artırıblar Alleqorik REPLİKA

24-11-2022, 09:20           
AMEA necə mənasız qurum idisə, elə də davam edir -
Dovşan bir gün meşədə Şirə yaxınlaşıb şikayət edir ki, Şah sağ olsun, Canvara təpinin, gün ərzində 5-6 dəfə harda tututsa məni döyür, artıq bezmişəm. Şir həmən Canavarı yanına çağırır, bərk-bərk tapşırır ki, yaxşı, cəhənnəm, dovşanı gündə bir dəfə döyə bilərsən, artıq olsa özündən küs.
Səhəri gün tezdən Dovşan Canavarla qarşılaşır, Canavar, "bax, bir dəfə döyməyə icazə var", deyib yazığı bərk döyür. Bir neçə saat sonra təsadüfən yenə qarşılaşırlar, Canavar, "gəl səni bir də çırpım, bunu sabahın əvəzinə yazarsan", deyib Dovşanı əzişdirir. Axşamüstü Canavar Dovşanı görür, "gəl bir dəfə də döyüm, bunu da birigünə yaz".
Bir həftə sonra Şir meşədə Dovşanı görür, soruşur ki, o iş nə yerdə qaldı. Dovşan da, "Şah sağ olsun, əvvəl necə idisə, elə də davam edir - sadəcə indi yazı-pozu işi də artıb"...
İndi bu AMEA necə mənasız qurum idisə, elə də davam edir - sadəcə yazı-pozu işini artırıblar
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru