Fransaya olar, Qətərə yox?

26-11-2022, 16:33           
Fransaya olar, Qətərə yox?
Tarixdə il dəfədir ki, futbol üzrə dünya çempionatına müsəlman ölkəsi ev sahibliyi edir. Hazırda dünya çempionatının keçirildiyi Qətərə qarşı Qərb dünyası geniş anti-kampaniyaya başlayıb. Bunun səbəbi heç də Qətərin çempionatla bağlı texniki hazır olmaması ilə əlaqəli deyil.
Dünya çempionatlarının tarixində ilk dəfədir ki, bu idman hadisəsi üçün 6,3 milyard dollar xərclənir. Bunu da Qətər edibsə, infrastruktur və texniki hazırlıqla bağlı heç bir irad tutula bilməz.
Qərbi narahat edən bilirsiniz nədir? Futbol keçirilən arenalarda spirtli içkinin qadağan edilməsi və reklam məqsədilə Quranın bəzi ayələrini reklam bilbordlarına yazılması.
Hətta bunun əsas gətirən BBC kimi media quruluşu tarixində ilk dəfədir ki, dünya çempionatını işıqlandırmağı boykot edir. Qəribə olanı bilirsiniz nədir?
İş burasındadır ki, avropalı fanatlar içib “açarlarını itirdikləri” səbəbindən stadionları dağıtdları üçün, Futbolun populyar olduğu: Fransa və İspaniya kimi ölkələrdə də matç zamanı spirtli içkidən istifadə qadağandır. Bəyəm , BBC kimi şeytana papış tikən kanal bunu bilmir?
Sən demə , futbola yanaşmada da ikili standart mövcud imiş…
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.