Ordubadın başçısı Talıbovun yolunu gedir - MÜRACİƏT

2-02-2023, 16:39           
Ordubadın başçısı Talıbovun yolunu gedir - MÜRACİƏT
DİA.AZ bildirir ki, Naxçıvan şəhəri, Ordubad rayonu, Aşağı Əndəmic kənd sakini Rüstəmov Bayram Səfər oğlu Hurriyyet.az saytına şikayət məktubu göndərib. Şikayətçi bildirir ki, ona aid olan pay torpağını icra başçısı Elşad Məmmədov mənimsəyib:

“Mən Ordubad rayonu, Aşağı Əndəmic kəndində yaşayıram. Ailəmə aid pay torpağımız var idi. Mənim torpağımı Ordubad rayonunun icra başçısı Elşad Məmmədov əlimdən alaraq, Ordubad rayonunun Aşağı Əndəmic kəndində su anbarı tikdirib.

Mənim 5 uşağım var, heç birinin evi yoxdur. Elşad Məmmədov 3.5 hektar torpağı özəlləşdirərək 4 nəfərə satıb. Hal-hazırda mənə aid pay torpağında başqaları məskunlaşıb.

Şəxsən mənim özümə Ordubad rayonun icra başçısı dedi ki, bütün pay torpaqlarını satmışam.

3 ay bundan qabaq Ali Məclisə şikayət etdim. Mənə xəbər göndərdilər ki, get dağda özün üçün istənilən bir yerdən torpaq götür.

Mənim adıma olan öz torpaq sahəmi qaytarsınlar. Mən niyə gedib dağda, bağda torpaq axtarım ki?

Xahiş edirəm bu məsələni işıqlandırın, aidiyyəti qurumlar görüb mənə kömək olsunlar”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru