Azər Zeynalov HƏBS YOLUNDA... - NƏ BAŞ VERİR?

27-03-2023, 08:02           
Azər Zeynalov HƏBS YOLUNDA... -
Əldə etdiyimiz informasiyalardan aydın olur ki, Naxçıvanda struktur islahatları uzun çəkəcəyindən Ali Məclisə hələ toxunulmayacaq.

Amma bu o demək deyil ki, Vasif Talıbovun 1 nömrəli pulyığanı olan Azər Zeynalov indiki yerinə qalacaq və faktiki xanlıq edəcək.

DİA.AZ-a daxil olan məlumata görə, yaxın günlərdə Azər Zeynalovun kitabının bağlanacağı gözlənilir. Bildirilir ki, bunun üçün Ali Məclisin növbəti sessiyası çağırılacaq və qurumun yeni sədri seçiləcək. Yeni sədrin Azər Zeynalov olmayacağı indidən bəllidir. Hətta bir neçə aylıq saxta xanlığına son qoyulan Azər Zeynalovun həbsi belə istisna edilmir. Onun yerinə gətirləcək bir neçə namizədin adı hallanır. Onlardan biri də Naxçıvan MR Baş naziri Səbuhi Məmmədovun yaxın qohumu olan İsmayıl Qəriblidir.

İsmayıl Qəribli Vasif Talıbov tərəfindən 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri təyin olunub və hazırda həmin vəzifədə çalışır. Naxçıvanda xanlıq rejiminin kadrlarının seçilməsi ona həvalə olunmuşdu. O da mübahisəli dövlət qulluğuna qəbul imtahanları keçirib istədiyi adamı vəzifəyə gətirib, istəmədiyi adamı vəzifədən uzaqlaşdırırdı. Bir sözlə, bu adam qohumu Səbuhi Məmmədovla əl-ələ verib hələ sədr seçilməmişdən əvvəl özünə uyğun kadrları vəzifəyə gətirib.

Belə görünür ki, Fuad Nəcəflinin işi bundan sonra daha mürəkkəb olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.