"Azəraqrartikinti" ASC- də nələr baş verir

16-05-2015, 21:05           
Azər, Aydın və Əliş adlı işçiləri millət vəkilini uçuruma sürükləyir
"Azəraqrartikinti" ASC- də nələr baş verir
"Azəraqrartikinti" ASC sədri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Ağalar Vəliyevin başı dərdədir. Özü də bu dərdi ona ən yaxın, inandığı adamları açır. Belə ki, Ağalar Vəliyevin rəhbəblik etdiyi "Azəraqrartikinti" ASC Xırdalanda və Biləcəridə çoxmərtəbəli yaşayış binaları inşa edir. Xırdalandaki binaların tikintisinə Azər, Biləcəridəki işlərə isə Aydın və Əliş adlı şəxslər rəhbərlik edir. Bu şəxslər üzdə Ağalar Vəliyevə sadiq olduqlarını göstərsələrdə, əslində onu uçuruma sürükləyirlər. Belə ki, redaksiyamıza daxil olan məlumatlara görə bu şəxslər yaşayış evlərinin hələ bünövrəsi qoyulanda öz yaxınlarının, qohum əqrabalarının adına çoxlu sayda ucuz qiymətə mənzillər alırlar.

Sonradan bina tikilib hazır olandan sonar, həmin mənzilləri 3 qat bahasına satırlar. Bu da haqlı narazlıqlar yaradır. Digər tərəfdən özlərini Ağalar Vəliyevin adamları sayan həmin şəxslər bütün komunal xərclərin, mənzil pulların yığılması işinə də baxırlar. Mənbəmizin verdiyi məlumata görə onlar bu pulları rəsmi qayda da yığmırlar. Ona görə də vergidən külli miqdarda yayınmalar mövcuddur. Digər tərəfdən hər bir yaşayış binasının su hovuzları mövcuddur. Amma Azər, Aydın və Əliş çütlüyü hansısa səbəblərdən bu hovuzlardakı suyun tərkibini yoxlamağa icazə vermirlər. Əlaqədar qurumlar dəfələrlə bu hovuzları yoxlamağa çalışsada onlar binanın hələ tam istifadəyə verilmədiyini bəhanə gətirərək dövlət məmurlarını aldadıblar. Amma əslində binalar çoxdandı tikilib və sakinlər məskunlaşdırılıb.

Beləliklə "Azəraqrartikinti" ASC sədri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Ağalar Vəliyevin adamları sayılan bu şəxslərn qanunsuz əməlləri bir gün millət vəkilinin başında çatlayacaq. Onda aydın olacaq ki, bu şəxslər hansı əməllərdən çıxıblar.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. /Gundelik Bakı/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.