Burakdan GÖZLƏNİLƏN AÇIQLAMA: "Əgər Fahriyə işləməyə başlayarsa..."

16-09-2020, 00:03           
Burakdan GÖZLƏNİLƏN AÇIQLAMA: "Əgər Fahriyə işləməyə başlayarsa..."
Məşhur cütlük Fahriyə və Burak Özçivitdən yeni xəbər var.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, dünən bir məkanın çıxışında görüntülənən cütlük müxbirlərin bəzi suallarını cavablandırıblar.

Fahriyə müxbirlərdən birinin Burakın yeni imici ilə bağlı sualını belə cavablandırıb:

"Mən Burakın hər halını sevirəm. Amma bu halını daha çox bəyənirəm".

Həmçinin aktrisa "Ekranlara nə zaman dönəcək?" sualını da cavabsız qoymayıb.

"Ekranlara qayıtmağı düşünürəm. Çox darıxdım. Nə zaman qayıdacağımı bilmirəm. Hələ ki, konkret bir şey yoxdur. Karan da böyüdü. Çox az vaxtımız var. Görüşdüyüm bəzi layihələr var, amma pul ilə bağlı xəbərlər doğru deyil. Karanın isə heç bir reklam filmində çəkilməsi ilə bağlı fikrimiz yoxdur".

Daha sonra Burak da həmin məsələ ilə bağlı danışıb.

"Əgər Fahriyə işləməyə başlayarsa, o zaman Karana anamız baxacaq".шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.