“Türkiyəni qınayanlar evlərində rahat yatırlar” - deputat

14-10-2019, 10:16           
“Türkiyəni qınayanlar evlərində rahat yatırlar” - deputat
“Bəzi dövlətlər terror təhlükəsindən və ona qarşı mübarizənin vacibliyindən ən yüksək kürsülərdən bəlağətlə danışırlar. Ancaq sözdən işə keçmək lazım gələndə fərqli davranır, terrorçuları yaxşı və pisə bölür, terrora qarşı təkbaşına mübarizə aparan qardaş Türkiyənin hərəkatının əleyhinə çıxır və onu qınayırlar”

Modern.az xəbər verir ki, bu fikirləri deputat Musa Qasımlı Türkiyənin Suriya ərazisində apardığı “Barış pınarı” hərakatı ilə bağlı bəzi dövlətlərin əks mövqeyinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin dövlətlərin bu siyasəti nankorluqdur.

“Bu siyasətin adı nədir? Məncə, cavab aydındır.Terrora qarşı mübarizəni təkbaşına Türkiyə aparır, xərcləri Türkiyə dövləti çəkir, terrorçularla döyüşə türk əsgəri girir, Türkiyəni qınayanlar isə evlərində rahat yatırlar. Təəssüf ki, buna görə türklərə borclu olduqlarını “unudurlar”. Bu, əsl nankorluqdur. Zəfər uca türk millətinin və onun bağrından çıxan qəhrəman türk ordusunundur.Çünki Türkiyənin işi haqq olub, ədalətə və beynəlxalq hüquq prinsiplərinə əsaslanır”, - deyə M.Qasımlı bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.