Cahandar BAYOĞLU: Atatürk: “Ayasofyanın Muzey olması məcburiyyətdir, amma yaxınlarda bir gün gələcək ki, güclənən Türkiyə İstanbula göz dikənlərin gözünü söküb, yenidən Muzeyi Cami yapacaqdır”.

12-07-2020, 15:50           
Cahandar BAYOĞLU: Atatürk: “Ayasofyanın Muzey olması məcburiyyətdir, amma yaxınlarda bir gün gələcək ki, güclənən Türkiyə İstanbula göz dikənlərin gözünü söküb, yenidən Muzeyi Cami yapacaqdır”.
Cahandar BAYOĞLU: Atatürk: “Ayasofyanın Muzey olması məcburiyyətdir, amma yaxınlarda bir gün gələcək ki, güclənən Türkiyə İstanbula göz dikənlərin gözünü söküb, yenidən Muzeyi Cami yapacaqdır”.

Bu qərar Xristian Hunqariyanın, Çuvaşiyanın, Qaqauziyanın zəfəridir.

Bu qərar, Dikduruşlu Bağımsız Türkiyənin, Turan müjdəsidir.

Ayasofya adındaki "aya" sözcüyü "qutsal, azizə", "sofya" sözcüyü isə hərhansı bir kimsənin adı olmayıb Əski Latıncada "bilgəlik" anlamındakı sophos sözcüyündən gəlir. Dolayısıyla "aya sofya" adı "kutsal bilgəlik" ya da "ilahi bilgəlik" anlamına gəlməkdə olub Ortadoksluk məzhəbində Tanrının üç nitəliyindən biri sayılır
İlk Ayasofya inşaatı, Xristianlığı imperatorluğun rəsmi dini elan edən Roma imperatoru Büyük Konstantin (Bizansın ilk imperatoru I. Constantinus) tərəfindən başlatdırılmışdır. 337 illə 361 illəri arasında taxtda olan Büyük Konstantinin oğlu II. Constantius tərəfindən tamamlanmış və Ayasofya kilsəsinin açılışı 15 Şubat 360-da Constantius II tərəfindən gerçəkləşdirilmişdir.
Birinci Ayasofya gələnəksəl Latın memarı stilindəki bir sütunlu bazilika olub, çatısı taxta və önündə bir atrium yer almaqdaydı. Bu ilk Ayasofya olağanüstü bir tikili idi. 20 İyul 404-də Konstantinopolis Patriyi Aziz İoannis Xrisostomosun, İmperator Arcadiusun həyat yoldaşı İmperatoriçə Aelia İudoksia ilə çatışmasından dolayı sürgünə göndərilməsinin ardından çıxan üsyanlar sırasında bu ilk kilsə yandırılaraq dağıdılmışdır.
Bizans İmperatoru I. Justinianus tərəfindən, 532-537 illəri arasında İstanbulun tarixi yarımadasındakı eski şəhər mərkəzinə inşa etdirilmiş bazilika planlı bir patrik katedralı olub 1453 ildə İstanbulun Osmanlılar tərəfındən fəthədilməsindən sonra Fatih Sultan Məhmət tərəfındən camiye dönüşdürülmüşdür.
1934 ildən 2020 ilinə qədər muzey olaraq xidmət vermişdir.
Fatih Sultan Məhməd tərəfındən cami olan Ayasofya, memar Sinanın yenidən restore etməsiylə bir Türk-İslam memarisi halına gəlmişdir. Bu baxımdan Cami olan Ayasofya üçüncü Ayasofya olaraq tarixə keçmişdir və eski halı indiki halından tamamilə fərqlidir.
Onu xatırlamaq lazım ki, Bizans imperatorluğunda olan nüfuzun çoxsunun Xristian Türk olması bir gerçəkdir. Ayasofya Xristian Yunandan çox Xristian Türk kilsəsi olmuşdur. Xristian slablarla da heç ilgisi yoxdur. Ayasofya kilsə olanda da, cami olanda da Türkündür. Bir millətin dinini dəyişməsiylə ibadət yerinin ismini dəyişməsi doğaldır və heç bir dini inanca qarşı deyildir. Unutmayaq ki, Yunanıstanda yaşayan Ortadoks Xristian Türklər yunanlaşdırılmış Karaman Türkləridir. İstanbul da bir Türk islam şəhəridir. Batı Hun imperatorluğundan ta əski dönəmlərdə belə Balkanlar bir Türk yurdudur. Bizans imperatorluğu bir Xristian Yunan, bir Xristian Rus imperatorluğu deyildir.
500 il Cami olan bir Türk abidəsinin hansı statusda da olmasına ancaq Bağımsız Türkiyə Cumhuriyyəti qərar verə bilər.
Qaldı 1934 ilində Bakanlar Qurulunun Ayasofyaya muzey statusu tanımasına, bu bir siyasi qərar olmuşdur. Atatürk dış basqılardan yayınmaq üçün bir savaş manevrəsi yapmış, qərarın deyişdirilməsini, savaşın qazanılmasını yeni yüzilliyin Türkiyəsinə, Türk dünyasına buraxmışdır. Bu günkü qərar, Atatürk strategiyası kimi dəyərləndirilərək Türkün yüksəlişinin, bağımsızlığının dünya siyasətində mən də varam deməyi kimi qabul edilməlidir. Necə ki, Atatürk: “Dostluq etməyimiz bir məcburiyyətdir, amma bir gün gələcək Sovetlər Birliyində olan soydaşlarımız bağımsızlıqlarına qovuşacaqdırlar, sizlər o günlərə hazır olmalısınız” demişdir . Buna da əmin ola bilərsiniz ki, Atatürk” Ayasofyanın muzey olmağı məcburiyyətdir, amma yaxınlarda bir gün gələcək ki, güclənən Türkiyə İstanbula göz tikənlərin gözünü söküb yenidən Muzeyi Cami yapacaqdır” deyərək bu günləri göstərmişdir.
Ayasofyanın Cami olmağı dinlərarası çatışma deyildir, din adı altında Türkiyənin bağımsızlığına, İstanbulun bir Türk şəhəri olmağına qarşı olanların əbədiyən niyyətlərindən əl çəkmələri üçün tarixi bir zəfərdir. Bu qərar Xristian Hunqariyanın, Çuvaşiyanın, Qaqauziyanın zəfəridir.
Bu qərar, Dikduruşlu Bağımsız Türkiyənin, Turan müjdəsidir.

Cahandar Bayoğlu
Turan Partiyası GK Başqanıшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.