Özbəkistan işğalçı ilə Azərbaycana fərq qoymadı – İkibaşlı bəyanat

15-07-2020, 23:42           
Özbəkistan işğalçı ilə Azərbaycana fərq qoymadı –
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin daha da gərginləşməsi əhali arasında itkiyə səbəb olar, MDB məkanında mühüm iqtisadi əlaqələri məhv edə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda bildirilib.

“Özbəkistan Respublikası Azərbaycan-Ermənistan sərhədindəki insan tələfatına səbəb olan vəziyyətdən son dərəcə narahatdır. Bu ərazidə vəziyyətin daha da gərginləşməsi mülki şəxslərin itkisinə səbəb ola bilər, MDB məkanında mühüm iqtisadi əlaqələri və rabitə əlaqələrini məhv edə bilər və regional təhlükəsizliyə zərər verə bilər”, - XİN-in bəyanatında qeyd edilib.

Nazirlik qeyd edib ki, rəsmi Daşkənd maksimal təmkinlilik tərəfdarıdır və tərəfləri vəziyyəti normallaşdırmaq və bu vəziyyətdən çıxmaq üçün siyasi və diplomatik danışıqlar aparmağa çağırır: “Ölənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru