Müdafiə naziri hədələdi: “Kiçik bir ölkəsən, amma...”

31-07-2020, 00:04           
Müdafiə naziri hədələdi: “Kiçik bir ölkəsən, amma...”
BƏƏ bizə zərər vermək üçün Türkiyəyə düşmən olan terror təşkilatlarını dəstəkləyir. BƏƏ kiçikliyini və nüfuzunun zəifliyini nəzərə alaraq bunu etməməlidir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Akar bildirib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Rusiya və Fransa Liviyada qiyamçı Haftar qüvvələrinə dəstəyi dayandırmasa, bu bölgədə sabitlik yaranmayacaq: “Bu ölkələr yardımı davam etdirdikcə, Haftar sabitliyi pozmaqda davam edəcək. Onlar Haftarı dayandırmalıdırlar, Sirtə və Cufra problemi həll olunmalıdır”.

Müdafiə nazir Liviyadakı aqressiv davranışlarına görə Misirə xəbərdarlıq edib: “Misirin Liviya haqda açıqlamaları yenidən nəzərdən keçirilməlidir. Misirə Liviyada sülhə xidmət etməyən, daha çox savaşı körükləyən sözlərdən imtina etməyi məqbul sayıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru