Fuat Oktaydan erməni təxrbatlarına REAKSİYA: Artıq zamanı çatıb

27-09-2020, 14:41           
Fuat Oktaydan erməni təxrbatlarına REAKSİYA: Artıq zamanı çatıb
Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay Ermənistanın Azərbaycan ərazisinə etdiyi mənfur hücumu qınadığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə vitse-prezident Tvitter hesabında paylaşım edib.

“Ermənistanın Azərbaycan ərazisinə etdiyi bu qorxaq hücumunu lənətləyirik. Təxribatçı Ermənistan qanun, haqq, hüquq və atəşkəsin nə olduğunu bir daha dünyaya nümayiş etdirdi. Bütün bunları görərək beynəlxalq ictimaiyyətin haqlını haqsızdan ayırmasının vaxtı çatıb. Türkiyə necə lazımdırsa, o şəkildə də azərbaycanlı qardaşlarımızın yanındadır”, - F.Oktayın paylaşımında qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru