“Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”

24-10-2020, 07:52           
“Haqlı mübarizəsində Azərbaycanın yanındayıq”
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar NATO Müdafiə nazirlərinin onlayn formatda keçirilən iclasında iştirak edib.

Bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Türkiyəli nazir verdiyi açıqlamada iclasda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin də müzakirə edildiyini bildirib.

“Sülh və sabitliyin təmin olunması üçün nələrin edilməli olduğuna dair fikirlərimizi ifadə etmək fürsəti tapdıq. Bizim söylədiyimiz əsas mövzu – Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının əsas şərtinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və bu ərazini dərhal tərk etməsidir. Bu məqamı da danışıqlar zamanı dilə gətirdik”, - deyə H.Akar bildirib.

Türkiyənin Milli Müdafiə naziri həmçinin iclas zamanı ölkəsinin Azərbaycan türkləri ilə bərabər olduğunu, haqlı mübarizəsində Azərbaycanın yanında dayandıqlarını dəfələrlə təkrarladığını qeyd edib.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.