ÇL: "Çelsi" "Borussiya"nı sıradan çıxardı, "Benfika" darmadağınla 1/4 finalda - VİDEO

8-03-2023, 09:41           
ÇL: "Çelsi" "Borussiya"nı sıradan çıxardı, "Benfika" darmadağınla 1/4 finalda - VİDEO
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, gecənin əsas oyununda “Çelsi” öz meydanında səfərdə 0:1 uduzduğu Dortmund “Borussiya”sını qəbul edib.

Qarşılaşma London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zadəganlar”ın qollarını 43-cü dəqiqədə Rahim Sterlinq və 53-cü dəqiqədə penaltidən Kay Haverts vurub.

İki oyunun cəmində 2:1 üstün olan “Çelsi” adını 1/4 finala yazdırmağı bacarıb.


Gecənin digər matçı Portuqaliyada baş tutub. “Benfika” ilk oyunda 2:0 hesabı ilə məğlub etdiyi Belçika “Brügge”sini qəbul edib. Lissabonlular bu dəfə darmadağına sevinib – 5:1.

Portuqaliya klubunun heyətində Qonsalu Ramoş dubl edib, Rafa Silva, Joau Mario və David Nereş hərəyə bir top vurub. Belçikalıların təsəlli qoluna Byörn Meyer imza atıb.

İki oyunun cəmində 7:1 üstün olan “Benfika” 1/4 finalda yarışmaq hüququ qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.