Suriya ordusu qəti hücuma hazırlaşır - İŞİD-in sonu 8-08-2017, 10:14 Suriya ordusu Deyr əz-Zor cəbhəsini yarmağa hazırlaşır.Axar.az xəbər verir ki, bir müddət əvvəl ordu qüvvələri Xüms bölgəsinin Əl-Suha şəhərini nəzarət altına alıb.Belə ki, 15 minlik şəhər Əsədə sadiq qüvvələrin Deyr əz-Zora qərbdən daxil olmasını təmin edəcək.3 ildir burada möhkəmlənən İŞİD Deyr əz-Zordan çıxarılarsa həmin bölgədə dayaqları xeyli zəifləyəcək.Həmçinin şəhərin iqtisadi önəmi də böyükdür. Ordunun Dey əz-Zoru azad etməsi terrorçuları böyük gəlir qaynağından məhrum edəcək. Facebook-da paylaş