Ermənistanın baş naziri Serj Sarqsyan vəzifəsindən istefa verdi.
Bu barədə "news.am" saytına istinadən məlumat verilir.
Sarqsyanın erməni xalqına son müraciətində deyilir:
"Ölkə rəhbəri kimi Sizə sonuncu dəfə müraciət edirəm. Etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. İndiki vəziyyətin bir neçə həll yolu var, lakin onların heç biri mənim üçün uyğun deyil. Mən ölkə rəhbəri vəzifəsindən istefa verirəm".
Qeyd edək ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarqsyanın baş nazir seçilməsinə etiraz edənlər aksiya keçirir.