Tesla şirkəti reaktiv mühərrikli elektromobilin testinə hazırlaşır – Hətta bir neçə müddət havada da qala biləcək

23-07-2019, 07:59           
Tesla şirkəti reaktiv mühərrikli elektromobilin testinə hazırlaşır – Hətta bir neçə müddət havada da qala biləcək
İdman elektromobili olan “Tesla Roadster”in satış tarixinin məlum olmasından 1 ay sonra Elon Musk öz “Twitter” hesabında yeni iddialı elektromobil modelinin testi barəsində məlumat verib.



TED.az xəbər verir ki, yeni elektromobilin yüksək sürətini “SpaceX” şirkətinin istehsalı olan reaktiv mühərriklər təmin edəcək. Öz oxucularından birinin sualına cavab verən zaman Musk bildirib ki, sıxılmış hava üzrə qurulmuş reaktiv mühərrik sisteminə sahib olacaq “Tesla Roadster”in testlərinə gələn il start veriləcək.



Qeyd edək ki, bu cür konstruksiya öz növbəsində elektromobilin sürət dinamikasını təkmilləşdirəcək, ona yüksək sürət verəcək, tormoz sistemi ilə döngələrdə dönmək bacarığını yaxşılaşdıracaq.



Bundan əlavə güman olunur ki, reaktiv mühərriklər vasitəsilə elektromobil hətta bir neçə müddət havada da qala biləcək. Gözləntilərə əsasən bu cür elektromobil modeli saatda 100 km sürəti 1.9 saniyəyə yığacaq və onun bir dəfə şarj olunması sayəsində 1000 km yol qətt edilə bilinəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.