Google yaşlı deyərək işə götürmədiyi insanlara 35.000 dollar cərimə ödəyəcək – MƏHKƏMƏ

23-07-2019, 08:00           
Google yaşlı deyərək işə götürmədiyi insanlara 35.000 dollar cərimə ödəyəcək – MƏHKƏMƏ
2007-ci ildən 2014-cü ilə qədər 50 yaşlı Şeril Fillekes (Cheryl Fillekes) işlə bağlı “Google”a dörd dəfə müraciət edib. İxtisası uyğun olsa da məhz yaşına görə “Google” şirkəti onu işə götürməkdən imtina edib.



TED.az xəbər verir ki, “Google” rəhbərliyi Şerilin namizədliyini qəsdən rədd etməklə bağlı ittihamlarla razılaşmır. Şirkət zəruri olan texniki bacarıqların qadın tərəfindən göstərilmədiyini iddia edir.



Lakin məhkəmə 227 şikayətçini haqlı hesab edərək “Google”u cərimələyib.



Şikayətçilərdən hər biri yaşa qarşı sistematik ayrı-seçkilik səbəbilə 35.000 dollar alacaq. Bu insanların maraqlarını təmsil edən vəkillər isə ümumi 2,75 milyon dollar əldə edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.