ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN: qadını uşaqların gözləri qarşısında öldürdü və... - FOTO/VİDEO

26-07-2019, 08:32           
Moskvaətrafı Ramenskidə dəhşətli qətl hadisəsi baş verib.
ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN: qadını uşaqların gözləri qarşısında öldürdü və... - FOTO/VİDEO
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə iyulun 25-də Meşə küçəsində uşaq meydançasında qeydə alınıb.

İnternetdə hadisənin anbaan görüntüləri yayılıb. Kadrlardan görünür ki, kişi skamyada oturan qadına yaxınlaşaraq bıçağını çıxardır və ona ardıcıl zərbələr vurmağa başlayır. Qadın aldığı zərbələrdən hadisə yerində ölüb.

Həmin vaxt meydançada uşaqlar oynayırdılar. Onların arasında qurbanın azyaşlı qızı da olub.
Şahidlərin sözlərinə görə, kişi hadisədən sonra ağ avtomobillə qaçıb. Polis onu gizləndiyi meşə zolağında saxlayıb. Cinayətin motivləri barədə məlumat verilməyib. Müstəntiqlər qatili dindirirlər, həmçinin şahidləri və məhrumun yaxınlarını sorğu-sual edirlər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.