Ekspertlər: Ayda ehtimal olunduğundan daha çox su var

27-07-2019, 00:55           
Ekspertlər: Ayda ehtimal olunduğundan daha çox su var
Kaliforniya Universitetindən olan elmi işçilər Ayda çoxlu miqdarda suyun mövcudluğunun sübutunu tapdıqlarını söyləyiblər. Planetimizin təbii peykində olan bütün su buz şəklindədir.



TED.az xarici mətbuata istinadən xəbər verir ki, Merkuri və Aydakı buzları təhlil edən mütəxəssislər onların arasında oxşarlıqları və fərqləri müəyyən etməyə çalışıblar. Bundan əvvəl Arecibo rəsədxanaları, həmçinin, Amerikanın kosmik apparatı Merkuridə, Yerdən kölgəli görünən krater sahələri aşkar ediblər. Həmçinin, bəzi kosmik apparatlar tərəfindən Merkuri səthində buz və su qeydə alınıb. Bu yaxınlarda tədqiqatçılar Merkuri və Ayın kraterlərini müqayisə edərək, planetimizin təbii peykinin səthində də çoxlu buz olduğunu başa düşüblər.



Ekspertlərin versiyası təsdiqlənərsə, Ayda milyonlarla ton buz olduğu ortaya çıxır. Əvvəllər alimlər bu qədər çox miqdarı heç təsəvvür etmirdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru