“Boranı”da müştəriyə 2 fərqli menyu verdilər - GİLEY

27-07-2019, 19:29           
“Boranı”da müştəriyə 2 fərqli menyu verdilər - GİLEY
Bakıda fəaliyyət göstərən “Boranı” restoranının müştəriləri onlara iki fərqli menyunun təqdim edilməsindən şikayətçidirlər.

“Qafqazinfo”ya müraciət edən müştəri bildirib ki, həmin menyularda eyni yeməklərin qiymətləri arasında 1-2 manatlıq fərq var.

Restoranın administratoru Nicat Ağayev “Qafqazinfo”ya açıqlamasında deyib ki, “Boranı”nın filiallarında qiymətlər fərqli olur: ““Tarqovı” filialında qiymətlər Əhmədli filialındakından yüksəkdir. Çox güman ki, menyular paylanılarkən Əhmədlidəki filiala 1-2 dənə “Tarqovı” filialının menyusu verilib. Ofisiantlar da bilmədən həmin menyunu müştəriyə təqdim ediblər. Amma Əhmədli filialında qiymətlər “Tarqovı”dakı ilə eyni hesablana bilməz. Çünki proqramlaşdırma sistemində hər filial üçün qiymətlər müəyyənləşdirilib və orada hesabı ofisiant yox, kassa aparatı hesablayır və qəbz çap edir. Ofisiant isə sadəcə həmin qəbzi müştəriyə təqdim edir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru