Məşhur taksi şirkətinin kondisioner biabırçılığı - GİLEY

29-07-2019, 12:36           
Məşhur taksi şirkətinin kondisioner biabırçılığı - GİLEY
Bakıdakı taksi şirkəti ilə bağlı şikayətlər gün keçdikcə çoxalır

Bununla bağlı daha bir problemi iqtisadçı Qubad İbadoğlu dilə gətirib. O, deyib ki, bu günlərdə ABŞ-dan gələn qonaqlarla bərabər 9111 taksi xidmətindən sifariş edib.

Qiyməti qonaqlara deyib və onlar razılaşıblar: “Çox keçmədi ki, Hunday markalı maşın gəldi. Yol gedərkən qonaqların istəyi ilə sürücüdən kondisioneri işə salmağı xahiş etdim. Mənzil başına çatarkən xarici qonaqlardan biri ödəniş üçün pulu sürücüyə uzatdı. Sürücü pulu alandan sonra mənə sarı dönərək ondan 1,5 manat çox götürəcəm dedi.

Səbəbini soruşanda yolun yarısını kondisionerdən istifadə edərək sürdüyünü bildirdi və izah etdi ki, kondinsioner işləyərkən mühərrik daha çox benzin "yeyir".

Sürücüyə xarici qonarların verdiyi pulun qalığını tam qaytarmağı məsləhət gördüm. Mümkün deyil, dedi. Bununla Azərbaycanı hörmətdən salırsan fikrimə də məhəl qoymadı.

Bu variantda məsələnin həll edilmədiyni görüb, sürücüyə qonaqların pulunun qalığını tam qaytaracağı halda ona əlavə 2 manat ödəyəcəm təklifini verdim. Razılaşdı. Qonaqları yola salıb, 2 manatı sürücüyə uzatdım və sürətlə maşından aralandım ki, qonarlar görməsin, yoxsa biabır olarıq.

Bununla taksi xidməti göstərən şirkətin və bu sahədə çalışanların işgüzar nüfuzuna xələl gətirmək istəmirəm. Amma hesab edirəm ki, belə halların baş verməsinin bir səbəbi də korporativ idarəçilikdə boşluqlardır.

Odur ki, taksi sifariş verəndə kondisionerlə və kondisionersiz qiymətləri ayrıca soruşun”.
Azerbaycanrealligi.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru