İsgəndər Hüseynov məhkəmədə killerlərin silahlarını gördü, huşunu itirdi... - DİASPOR LİDERİNİN QƏTLİNİ SİFARİŞ VERMİŞDİ

27-09-2019, 19:34           
İsgəndər Hüseynov məhkəmədə killerlərin silahlarını gördü, huşunu itirdi... - DİASPOR LİDERİNİN QƏTLİNİ SİFARİŞ VERMİŞDİ
Rusiyanın Ulyanovsk vilayətində 10 il əvvəl azərbaycanlı diasporunun lideri , qalmaqallı iş adamı İslam Hüseynovun qətlini sifariş verən Azərbaycan vətəndaşı , 61 yaşlı İsgəndər Hüseynovun işi üzrə növbəti məhkəmə keçirilib. Məhkəmə iclası onun huşunu itirməsi ilə yadda qalıb. Virtualaz.org xəbər verir ki, İsgəndər Hüseynovun işi üzrə məhkəmə bir neçə gün əvvəl başlayıb. 10 il əvvəl qətl sifariş verdiyinə görə axtarışda olan İ.Hüseynov xaricdə gizlənirdi. Amma 2019-cu ilin martında Moskvada tutulub və istintaqa təhvil verilib.
İsgəndər Hüseynov məhkəmənin ilk iclasında rus dilini "unudub” və tərcüməçi tələb edib. Habelə istintaqa verdiyi tirafedici ifadədən imtina etdiyini bildirib. Lakin məhkəmə onun istəyini yerinə yetirməyib, Hüseynovun rus dilni bildiyi qənaətinə gəlib. İstintaqın gedişatı zamanı məlum olub ki, o, 2009-cu ildə biznesdə rəqibi, diaspor lideri İslam Hüseynovu aradan götürmək istəyib. Dostu Samit Mərdanovla ona qarşı sui-qəsd planlaşdırıb.

Plana əsasən Hüseynov və Mərdanov qətli törətməyə İjevsk sakini Həsən Daqayevi də killer qismində cəlb edərək, ona 100 min dollar pul vəd ediblər. Killerlər sahibkarı üç ay izləsələr də, cəhdləri uğursuz olub. Hadisəni törədən şəxs maşınları səhv salaraq təsadüf nəticəsində Ulyanovsk şəhərinin gömrük işçisi Yuri Abankovu və həyat yoldaşını güllələyib. Lakin onlar möcüzə nəticəsində sağ qala biliblər. Cinayətkarlar ikinci sui-qəsd cəhdini həyata keçirmək istəyinə nail ola bilməyiblər, polis əməkdaşları tərəfindən saxlanılıblar.
Dəstə üzvlərininin hamısıa artıq 11 ildən 19 ilə qədər həbs cəzasına məhkum olublar. Ancaq cinayəti təşkil edən İ. Hüseynov məsuliyyətdən yayınaraq qaça bilib. O, bu müddət ərzində xarici pasportunu dəyişdirərək, Ukrayna və Azərbaycanda saxta ad altında gizlənə bilib. Lakin bu ilin mart ayında Moskvada tutulub və Ulyanovska təhvil verilib. Ötən gün keçirilən prosesdə dövlət ittihamçısı İqor Ryabov qətli törətməyə cəhd edən killerlərin silahlarını məhkəmə heyətinə nümayiş etdirib. Bunlar killerlərdən müsadirə olunan və Abakovların vurulmasında istifadə edilən səsboğuculu tapança və avtomatik tüfəngdir.

Prokuror məlumat verib ki, killerlər silahları növbəti cinayət üçün saxlayırdılar. Lakin İskəndər Hüseynov qətl üçün əldə olunan silahları görəndə qəflətən halı pisləşib və məhkəmə zalına təcili tibbi yardım çağırılıb. Hərçənd müttəhimi xəstəxanaya aparmağa ehtiyac olmayıb, ona həb verərək vəziyyətini normallaşdıra biliblər. Məhkəmə cinayət işi üzrə daha iki şahidi dindirib. Bunlardan birincisi keçmiş polis əməkdaşı, sonradan məhkum olunan Rahimovdur.
O, killerlərə silah əldə etməkdə köməklik göstərib. Müəyyən olunub ki, qətli sifariş edən şəxs "Kalaşnikov” silahını killerlərə göndərəndə onun "zatvoru” olmayıb. Bu zaman Daqayev Rahimova müraciət edib. O, silahın həmin hissəsini xidməti silahından çıxararaq cinayətkara təhvil verib. Məhkəmədə keçmiş polis əməkdaşı bunu təsdiqləyib. İkinci şahidin isə kimliyi açıqlanmayıb, o gizli şahid statusunda qonşu otaqdan dindirilib.
Şahid qətl planını Mərdanovun onun yanında müzakirə etdiyini açıqlayıb. Şahid ondan İ. Hüseynovun iş adamını öldürmək niyyətinin, İjevskdən killer sifariş etməsi barədə eşitdiyini, lakin planın uğursuz olduğunu bildirib. İş üzrə növbəti məhkəmə sentyabrın 30-da baş tutacaq. Müttəhim İ.Hüseynov ömürlük həbs cəzasına məhkum ola bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.