Ölkə mediasında problemlərin həllinə haradan başlamalıyıq? VİDEO

3-10-2019, 10:41           
Ölkə mediasında problemlərin həllinə haradan başlamalıyıq? VİDEO
Media üzrə ekspert, “Yeni Nəsil” Azərbaycan jurnalistlər birliyinin sədri Arif Əliyev Əkinçi üçün Azərbaycanda jurnalistika problemlərindən və onların həlli yollarından danışdı.

Jurnalistikanın problemlərindən danışarkən, Arif Əliyev əsas problem kimi medianın iqtisadi müstəqilliyinin olmamasını vurğuladı. Onun sözlərinə görə, maddi müstəqilliyi olmayan kütləvi informasiya vasitələrinin azadlğı haqqında danışmaq mənasızdır. Arif Əliyev vurğuladı ki, bu günə qədər bir çox fiziki təqyiqlərə məruz qalmasına baxmayaraq Azərbaycanda mediaya ən ciddi zərbə məhz onun iqtisadi dayaqlarını və ictimai dəstəyini aradan qaldırmaq olmuşdur.

Jurnalistikanın digər əsas problemi kimi profesionallığın olmamasını qeyd edən Arif Əliyevin sözlərinə görə bu barədə əsas iş gənc jurnalistlərin üzərinə düşür. Arif Əliyev vurğuladı ki, təəssüf ki, Azərbaycanda professional jurnalistlər olsa da onlar öz professionallıqlarını tətbiq etmək üçün imkanlar tapa bilmirlər və buna görə də onlar media sahəsinə çalşmırlar.

/akinchi.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.