AİB-in İRƏVAN SAMMİTİ və PUTİNLƏ 30 DƏQİQƏLİK SÖHBƏT:Ermənistan üç yolayrıcında qalıb... - TƏHLİL

4-10-2019, 01:28           
AİB-in İRƏVAN SAMMİTİ və PUTİNLƏ 30 DƏQİQƏLİK SÖHBƏT:Ermənistan üç yolayrıcında qalıb... - TƏHLİL
İrina Corbenadze

rosbalt.ru, 02.09. 2019



İrəvanda Avrasiya Ali İqtisadi Şurasının Avrasiya İqtisadi Birliyinə (AİB) daxil bütün dövlətlərin (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan), habelə müşahidəçi ölkə Moldovanın birinci şəxslərinin qatıldıqları toplantısı olub.

Qonaqlar da var idi – İran prezidenti və Sinqapurun baş naziri. Özü də onları nəzakət üzündən deyil, ciddi məsələ üçün dəvət etmişdilər: Avrasiya Birliyi və İİR arasında azad ticarət zonası (ATZ) haqda müvəqqəti saziş oktyabrın 27-dən qüvvəyə minir, İrəvan sammitinin gedişində isə Sinqapurla ATZ yaratmaq haqda saziş imzalanıb.

Doğrusu, gəlişlə bağlı intriqa – Rusiya prezidentinin Ermənistana gəlməməyi – nəzərə alınmasa, yüksək səviyyəli forumun “məğzi” məhz Sinqapurla müqavilə olub.

Azad ticarət zonası rejimi malların xeyli nomenklaturasına gömrük rüsumlarının ləğvini ehtiva edir. Həm də Sinqapur rüsumları əlüstü, AİB dövlətləri isə daxili bazarın mütləq müdafiəsi üçün mərhələ-mərhələ ləğv edir. Məsələn, ləğv süd məhsullarına, uşaq qidasına, avtomobillərə və daha bir neçə kateqoriya mala aid edilmir. Sinqapur isə Avrasiya Birliyi arealından tədarük olunan daşınar bütün mallara rüsumları götürür.

Bununla belə, bu ölkənin baş naziri Li Syan Lun məmnundur ki, ölkəsi böyük və rahat bazara çıxır, o bu haqda sammitdə məlumat da verib. Baş nazir “zona” haqda sazişi dünyanın bir çox ölkələrinin bölgə ticarətindən aralandığı fonda “yaxşı örnək” adlandırıb, halbuki ticarət azadlığı kiçik dövlətlər üçün “həyat önəmlidir”.

Li Syan Lun deyib: “Avrasiya Birliyi ilə saziş bizim beynəlxalq işbirliyimizdə önəmli mərhələdir. AİB ölkələri ticarət yollarının, nəqliyyat və energetika dəhlizlərinin kəsişməsində yerləşir. Vahid bazara asanlaşdırılmış çıxış isə təkcə ticarəti genişləndirməyə deyil, həm də adamlar arasında əlaqələri möhkəmlətməyə yardım edir”.

Lakin böyük hesabla, məsələ rüsumların yoxluğu və yada salaq ki, ticarətin inkişafından daha çox, AİB-lə ATZ haqda sazişi artıq imzalamış Vyetnamın əlavə olunduğu birliyin xarici siyasət vektorunun güclənməyindədir. Həm də Sinqapur texnologiyaca yüksək inkişaflı ölkə və ASEAN dövlətləri arealına açıq qapıdır. Və Avrasiya Birliyi ölkələrinin biznesi meydanı tərk edərsə, iş və inkişaf üçün əla şərait əldə edər. Əslində, həm Belarusda, həm də Qazaxıstanda bunun dərki var – sonuncuda Sinqapurla o cümlədən neft və kimya sahəsində yüzə yaxın birgə müəssisə işləyir.

Sammitdə AİB-in başqa məsələləri, ən mühüm problemləri və “dəlik-deşikləri” haqda çox danışılıb. Gördüyümüz kimi, Rusiya prezidenti Ermənistana gəlib, amma çoxlu şayiə də var idi ki, çətin ki, səfər baş tutsun, çünki RF prezidentinin təhlükəsizlik xidməti Putinin keçmiş prezident Robert Koçaryanın saxlandığı “cinayət-icraat müəssisəsi”nə baş çəkməyi üçün Ermənistan tərəfindən tam təhlükəsizlik tələb etmişdi, amma rədd cavabı almışdı.

“168 jam” qəzetinin məlumaıtna görə, yekunda Putin RF-nin Ermənistan səfirliyində Koçaryanın arvadı Bella ilə çay içib və onunla “uzun söhbət” edib. Nəşrin məlumatına əsasən, söhbətin mövzusu Robert Koçaryanın həbsu və bunun ətrafındakı durum olub.

Bu randevu haqda daha heç nə bəlli deyil. Lakin başqa bir görüş haqda da az şey məlumdur: Putin Ermənistandan uçub getməzdən əvvəl İrəvanın “Zvartnots” aeroportunda Paşinyanla saatyarım söhbət edib – sonuncu bu haqda öz “Faceboook” səhifəsində yazıb. Onun sözlərinə görə, “Ermənistan-Rusiya münasibətləri etibarlı və müsbət məcradadır”. Və heç bir “sirri açmayıb”.

Yerli KİV-lər Putinin İrəvana gəlişinə qədər onun Ermənistan baş naziri ilə söhbətini “hesablayıb”. Və sıradakını “sayıblar”: onların baxışınca, Ermənistan üçün Rusiya təbii qazının planlaşdırılan bahalaşması haqda çənə vurmaq (indi onun qiyməty min kuba 165 dollar təşkil edir); respublikanın RDY-nin konsessiyasında olan dəmir yollarını idarə etməklə bağlı problem. Danışırlar ki, Rusiya Ermənistan hökumətinin Rusiya şirkətinə “basqınları” üzündən sazişdən imtina edə bilər. Ancaq qeyd edək ki, belə bir dönüş güclü şübhə altındadır. Daha bir məsələ: guya, Rusiya tərəfi Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin deputatı, Rusiyanın Avropa Şurasının Parlament Assambleyasına qayıdışı üzrə səsvermədə iştirak etməyən, Paşinyanın “Mənim addımım” partiyasından Ovannes İgityanı əvəzləməyi tələb edir.

Amma bizə elə gəlir ki, Putin və Paşinyanın söhbət üçün bir əlilə Rusiya və İrandan (Qarabağ münaqişəsinin həll edilmədiyi və Türkiyə amili şəraitində qorxu), o biri ilə ABŞ və bütünlükdə Qərbdən yapışan Ermənistanın təhlükəsizliyi və xarici siyasət sabitliyi məsələləri ilə bağlı daha kürəsəl mövzuları olub.

AİB-in özünə gəlincə. Avrasiya Ali İqtisadi Şurasının genişləndirilmiş yığıncağında Putinin bildirdiyi kimi, blokun bütün dövlətləri 2025-ci ilə doğru elektrik enerjisi və karbohidrogenlərin ümumi bazarı üçün baza hazırlamalıdır. Onun məlumatına görə, AİB-in ümumi elektrik enerjisi bazarını yaratmaq haqda saziş ən yaxın zamanda qüvvəyə minəcək.

RF prezidenti prioritet məsələlər içində Вirliyin bank və sığorta xidmətinin, qiymətli kağızlarla əməliyyatlar aparmağın universal qaydalarına əsaslanan vahid maliyyə bazarı formalaşdırmaq üzrə konsepsiya yaratmağı göstərib. Habelə Birliyin bütün vətəndaşlarının iş yerləri haqda məlumata çıxış əldə edə biləcəkləri vakansiya axtarışının standartlaşdırılmış sistemini qurmağı.

Rusiya prezidentinin “etibarlı tərəfdaş” saydığı, sürətlə inkişaf edən iqtisadiyyatı və yaxşı inzibati tənzimləməyi olan Sinqapurla azad ticarət zonası yaratmağa gəlincə, bu, ən müxtəlif sahələrdə ticarətin inkişafı və işbirliyini dərinləşdirmək üçün əlverişli şərait yaradar. Putin o cümlədən Serbiya, İsrail, Misirin adını çəkərək deyib: “Ümumiyyətlə, Birliyin təmaslar coğrafiyası daim genişlənir, 23 ölkə və 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq haqda danışıqlar aparılır”.

Uyğun proses ən yaxın zamanlarda Hindistanla başlayacaq – RF prezidenti izah edib ki, bura iqtisadi inkişafın tempi üzrə dünyada birinci yerlərdən birini tutan nəhəng bir bazardır. Afrika dövlətləri ilə işbirliyi üçün yeni imknalar açılır. AİB Asiya-Sakit okean bölgəsi ölkələri ilə isə çoxdan qarşılıqlı fəaliyyətdədir.

Sammitdə blokun “çibanlar”ından da danışıblar. Məsələn, Paşinyan AİB çərçivəsində işçi qüvvəsinin yer dəyişməsində vahid əmək bazarı formalaşdırmağa mane olan əngəllərin valığından danışıb. Alqıları elektron formatda həyata keçirmək üçün elektron rəqəmsal imzaları tanımaq məsələsi də tənzimlənməyib. Ermənistan baş naziri diqqəti AİB-in milli valyutaları ilə qarşılıqlı hesablaşamağa keçidi fəallaşdırmağın lazım gəldiyinə də yönəldib. Paşinyan bundan isə məmnundur ki, İran (axı o, Ermənistanla həmsərhəddir) və Sinqapurla AZT haqda saziş, habelə ötən il Çinlə imzalanmış ticari-iqtsadi müqavilə tezliklə işləməyə başlayacaq.

Belarus prezidenti öz növbəsində Avrasiya Birliyi çərçivəsində hökumətlərin və biznesin əməkdaşlıq səviyyəsi, xüsusən də dövlət alqılarına gələrkən saysız-hesabsız ağrılı maneələrin varlığı haqda öz “fe”sini (narazılığını-tərc.) ifadə edib. O bununla bağlı AİB ölkələrinin hökumətlərini problemə baxmağa və bu haqda “siyasi qərar” almağa, həmçinin komissiyaların və Avrasiya Məhkəməsinin səlahiyyətlərini gücləndirməyə çağırıb. Lukaşneko bundan başqa məlumatlandırıb ki, İrəvan toplantısında AİB-in ümumi maliyyə bazarını formalaşdırmaq konsepsiyası təsdiqlənib və kapital və xidmətlərin sərbəst hərəkətini təmin etmək üçün özül qoyulub. O, razı qalıb ki, “Birlikdə iqtisadiyyatın rəqəmsal transformasiyası, ticarət üçün ekosistem qurmaq, sənaye kooperasiyası, nəqliyyat dəhlizlərinin inkişafı, məşğulluq, habelə malları izləyə bilməyi təmin etmək üçün az iş görülməyib”.

“Qısqanclıq” zəminində müəyyən “məzəli hadisə” də baş verib: Ermənistan Lukaşenkonun Azərbaycan prezidenti İlham Əliyevlə dostluğunu bağışlaya bilmir və o özünə bəraət qazandırmalı olub. “BELTA”nın xəbər verdiyi kimi, Belarus lideri Paşinyanla görüşdə inandırıb ki, ölkəsinin Ermənistana münasibəti heç vaxt dəyişilməz və “çiynini həmişə ona dayaq verməyə” hazırdır. Lukaşenko deyib: “Belə alınıb ki, siz mənim çox yaxşı dostumsunuz. Azərbaycan prezidenti də hələ lap çoxdan yaxşı dostdur. Mən bu gün nə etməliyəm? Mən Ermənistana da, Azərbaycana da çox yaxşı yanaşıram. Biz Ermənistanın maraqları üçün işləməyə hazırıq”.

Onun sözlərinə görə, olduqca xırdaçı mövzuya toxunub, amma istəmir ki, Belarus və Ermənistan hökumətləri arasında üstüörtülü hansısa sözlər olsun. Və əmin edib: ölkə hökuməti özündə Ermənistan biznesini və birgə müəssisələr yaratmağı dəstəkləyəcək: “Bunu ona görə deyirəm ki, Ermənistana münasibətdə siyasətimizin dəyişdiyini düşünməyəsiniz. Hətta siz bizimlə əməkdaşlıqdan imtina etsəniz də, fərq etməz, israr edəcəyik ki, çox yaxın və dost dövlətlər olaq”.

Daha bir pərtlik – bu dəfə İran prezidentinin ifadələrilə bağlı. Qeyd edək ki, Paşinyan Ruhaninin İrəvan sammitinə gəlişinə qızğıncasına nail olub – bu, tamaşaya əlavə çəki və hətta Ermənistanda deyildiyi kimi, “misilsizlik” verib. Ermənistanın isə Ruhani ilə təmasda başqa marağı da var – İran qazının respublikaya tədarükünü artırmaq. Təkcə, İrana ixrac edilən elektrik enerjisi almaq üçün deyil, indi RF-nin ödədiyi başqa ehtiyaclar üçün də. Amma hesab edildiyi kimi, “Qazprom” İran qazı tədarükünü artırmağı çevrəyə alır və bundan savayı, o, Rusiyanınkından baha başa gəlir. Ermənistanın İrana daha bir marağı – aşkarca yatırım yüksüzlüyünə baxmayaraq, Mehridə artıq yaradılmış iqtisadi zonanın inkişafı.

Ruhaninin isə öz marağı var idi – Putinlə növbəti dəfə görüşmək, nüvə sazişi ətrafındakı durumu və Hörmüz boğazındakı vəziyyəti onunla müzakirə etmək. Madam belədir, Vaşinqton İran prezidentinin İrəvana səfərini diqqətlə izləyib. Eynilə Tehranın Avrasiya yönündə Amerika sanksiyalarını pozan fəallaşmağını izlədiyi qədər. Belə ki, Ruhaninin İrana gəlişi və AİB dövlətləri liderləri ilə və xüsusən də Putinlə danışıqları açıq geopolitik yük daşıyır. Özü də həm Ermənistan, həm də ABŞ üçün bir qədər meydan oxuyarcasına. Ruhani buna görə də İrəvanda hər şeydən başqa Ermənistan hökumətinin həyəcanla yanaşdığı ABŞ-ı “gözümçıxdı”ya salmağı unutmayıb. Həm də bu, Paşinyanın Birləşmiş Ştatlara, düzdür, işgüzar, amma çox da yüksək səviyyəli olmayan səfərindən sonra baş verir.

Əlbəttə, Paşinyan pis vəziyyətə düşüb: Ruhani ilə polemikaya girişməyib – Ermənistan üçün İran və ABŞ-la münasibətlər eyni cür önəmlidir. Respublikada antirusiya əhvalı nə qədər közərsə də, ermənilərin və onların energetik rifahını təmin edən Moskva ilə münasibətlər daha önəmlidir. Beləliklə, Ermənistan üç yöndə balanslaşmalı olur – Rusiya, İran, ABŞ. Necə deyərlər, “Sürüşməyi xoşlayırsansa, xizəyi daşımağı da xoşla”, amma elə daşı ki, çevrilməsin.

Tərcümə Strateq.az-ındır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.