“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - Video

4-10-2019, 08:50           
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - Video
Kaliforniya Universitetinin mühəndisləri “Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “XModal-ID” adlı metod bir-birindən uzaq iki “Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan “Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.

Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. “XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. “XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.

Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru